İstanbul Sənaye Palatasının (İSO) nümayəndə heyəti Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycanı ziyarət edib. Görüşdə İSO və MÜSİAD rəhbərliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin rəsmiləri, eləcə də hər iki ölkənin sənaye və biznes sektorunu təmsil edən şirkətlər iştirak ediblər.
#Türkiyə-Azərbaycan Universiteti
Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 5-ci iclası keçirilib. İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.