#Cozef Aun

Livanın cənubunda yaradılması nəzərdə tutulan “pilot zonalar” layihəsi ölkədə dövlət hakimiyyətinin gücləndirilməsi istiqamətində ilk praktik mərhələ kimi qiymətləndirilir. ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlarla paralel həyata keçirilən bu mexanizmin uğuru onun gələcəkdə digər bölgələrə də şamil edilib-edilməyəcəyini müəyyənləşdirəcək.

Livan Prezidenti Cozef Aun ABŞ-da keçirdiyi görüşlərin nəticələri barədə Baş nazir Nəvaf Salama məlumat verib. ABŞ rəsmiləri Livan ordusuna dəstək ifadə edib və İsrailin Livanın cənubundan tam çıxarılmasını nəzərdə tutan razılaşmanı dəstəklədiklərini bildiriblər. Prezident İsrailin bütün cənub yaşayış məntəqələrindən çıxmasının vacibliyini vurğulayıb. Baş nazir isə cənub bölgəsinə səfərinin nəticələri barədə məlumat verib. O, dövlətin bölgə sakinlərinin yanında olduğunu bəyan edib. Hökumətin insanların ehtiyaclarını təmin etmək və onların doğma torpaqlarında qalmasını dəstəkləmək niyyətində olduğu bildirilib. Görüşdə Livanın təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələlər də müzakirə olunub.

ABŞ rəsmisi Massad Bulos Donald Tramp və Cozef Aun arasındakı görüşü məhsuldar adlandırıb. Görüşdə Livan ordusuna dəstək, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunub. ABŞ razılaşmanın mərhələli şəkildə icra edildiyini bildirib. Hizbullahın silahsızlaşdırılması və İsrailin Livanın cənubundan çıxması proseslərinin əlaqəli olduğu qeyd edilib. Vaşinqton çərçivə razılaşmasının həyata keçirilməsini dəstəkləyir. ABŞ tərəfi hazırda əsas diqqətin diplomatik mexanizmlərə yönəldiyini açıqlayıb.

Livan Prezidenti Cozef Aun ABŞ vasitəçiliyi ilə İsraillə əldə olunan çərçivə razılaşmasını yüksək qiymətləndirib. O, sənədin iki ölkə arasında düşmənçiliyə son qoymaq məqsədi daşıdığını bildirib. Aun Donald Trampa və ABŞ komandasına təşəkkür edib. Livan lideri regionda sabitlik və təhlükəsizliyin vacibliyini vurğulayıb. Razılaşma çərçivəsində Livan ordusunun cənub bölgələrində yerləşdirilməsi prosesi başlayıb. ABŞ bu prosesdə vasitəçi rolunu davam etdirir.

Livan Prezidenti Cozef Aun parlament sədri Nəbih Berrinin müharibəyə son qoyulmasını dəstəklədiyini bildirib. Aun Berrinin hökumətin siyasətinə müsbət yanaşdığını qeyd edib. Livan prezidenti onu dövlət adamı kimi qiymətləndirib. Berri ölkənin ən nüfuzlu şiə siyasətçilərindən biri hesab olunur. Livan rəhbərliyi düşmənçilik vəziyyətinin başa çatdırılmasını əsas məqsədlərdən biri kimi göstərir. Ölkədə təhlükəsizlik və siyasi sabitlik məsələləri əsas gündəmlərdən biri olaraq qalır.

Donald Tramp İsrail qüvvələrinin Livanın cənubunda yenidən yerləşdirildiyini bildirib. ABŞ prezidenti bunu Livan Prezidenti Cozef Aunla görüş zamanı açıqlayıb. Tramp İsrailin tam çıxışı üçün konkret vaxt təqdim etməyib. Livan ordusunun yerləşdirilməsi zamanı baş verən atışma insidentinin araşdırılacağını deyib. Cənubi Livanda “pilot zonalar” üzrə təhlükəsizlik nəzarətinin dəyişdirilməsi prosesi davam edir. ABŞ bu prosesdə vasitəçi rolunu oynayır. Bölgədə vəziyyət hələ də həssas olaraq qalır.

Livan Prezidenti Cozef Aun Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə Livan-İsrail münasibətləri və Hizbullahın silahsızlaşdırılması məsələlərinin müzakirə olunacağı gözlənilir. Tramp Livan liderini Ağ Evdə qarşılayıb. Aun ABŞ səfəri çərçivəsində daha əvvəl Dövlət katibi Marko Rubio ilə görüşüb. Vaşinqton və Beyrut arasında təhlükəsizlik və siyasi əməkdaşlıq əsas müzakirə mövzularından biridir. Görüş regional gərginlik fonunda keçirilir.

Hələ bir qədər əvvəl “Hizbullah”ın son iki ildə regionda baş verən dəyişikliklərin ən böyük uduzan tərəfi olduğu hesab edilirdi. Onun hərbi və siyasi rəhbərliyinə endirilən kütləvi İsrail zərbələri, eləcə də Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin devrilməsi təşkilatın malik olduğu misilsiz hərbi və regional nüfuz dövrünün sona çatdığı təəssüratını yaradırdı. Lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də Tehran və Ankara üçün prioritetlərin dəyişməsi şəraiti yenidən dəyişdi. Bu durum təşkilata yeni manevr imkanları qazandırdı. Bu hal “Hizbullah”ın əvvəlki gücünü bərpa etməsi ilə değil, onu əhatə edən strateji mühitin kəskin şəkildə dəyişməsi ilə bağlıdır.

Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib. Ağ evdə keçiriləcək görüşdə Livandakı təhlükəsizlik vəziyyəti əsas müzakirə mövzusu olacaq. Tərəflər atəşkəsin möhkəmləndirilməsi və ölkədə sabitliyin bərpasını nəzərdən keçirəcəklər. Danışıqlarda Livanın cənubundakı vəziyyətə xüsusi diqqət yetiriləcək. İsrail ordusunun Livan ərazilərindən çıxarılması məsələsi də gündəmdə olacaq. Görüşdə dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərpası ilə bağlı məsələlər müzakirə ediləcək. Rəsmi Beyrut bu səfərin diplomatik baxımdan mühüm əhəmiyyət daşıdığını bildirir. Görüşün nəticələrinin regiondakı siyasi proseslərə təsir göstərə biləcəyi gözlənilir.

Livan Prezidenti Cozef Aun İsraillə danışıqlar aparmaq qərarını müdafiə edərək bu siyasətdən geri çəkilməyəcəyini açıqlayıb. O bildirib ki, hökumətin mövqeyi Livanın milli maraqları və suverenliyinin qorunması prinsiplərinə əsaslanır. Aun qeyd edib ki, danışıqlar prosesinin məqsədi Livan xalqına aydın şəkildə izah edilməli və atılan addımlar şəffaf olmalıdır. ABŞ vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan çərçivə razılaşması ölkə daxilində ciddi müzakirələrə səbəb olub. Razılaşmanın tərəfdarları onun gərginliyin azaldılmasına kömək edə biləcəyini düşünürlər. Tənqidçilər isə sənədin Livanın İsrail qarşısında mövqeyini zəiflədə biləcəyini iddia edirlər. Prezident Aunun açıqlaması Livanda İsraillə münasibətlər və təhlükəsizlik siyasəti ətrafında davam edən siyasi mübahisələr fonunda verilib.

Ağ Ev Livan Prezidenti Jozef Aunu iyulun 21-də ABŞ-a rəsmi səfərə dəvət edib. Bu barədə Ağ Evin rəsmisi məlumat verib. Bildirilib ki, dəvət ötən ay Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra İsrail və Livan arasında imzalanmış çərçivə sazişinin ardınca göndərilib. Həmin danışıqlar İsrail ilə İranın dəstəklədiyi "Hizbullah" silahlı qruplaşması arasında döyüşlərin dayandırılmasına yönəlmişdi.