#Mərakeşin hərbi gücü

Mərakeş, ABŞ-ın beşinci nəsil “F-35” qırıcı təyyarələrini əldə edən ilk ərəb və Şimali Afrika ölkəsi olmaq üzrədir. Bu addım, Mərakeşin hava müdafiə qabiliyyətini artırmaqla yanaşı, bölgədə güc tarazlığını dəyişə bilər və digər ərəb ölkələrinin də oxşar müqavilələr bağlamasına zəmin yarada bilər. ABŞ və İsrailin dəstəyi ilə Mərakeşin bu təyyarələri əldə etməsi, regional hərbi üstünlük məsələsində mühüm əhəmiyyət daşıyır.