BAKI,VOA Orxan Qədirzadə
İspaniya futbol çempionatının – La Liqanın 2026–2027-ci il mövsümünün təqvimi açıqlanıb.
Yeni mövsüm avqustun 16-da start götürəcək. Açılış turunda son çempion Barselona doğma Kamp Nou stadionunda Atletik Bilbaonu qəbul edəcək. Real Madrid Santyaqo Bernabeu stadionunda Real Sosyedadla qarşılaşacaq. Atletiko Madrid isə Riyadh Air Metropolitano stadionunda Malaqanı qəbul edəcək.
İspaniya yüksək liqasının 2026–2027-ci il mövsümü mayın 30-na təsadüf edən həftəsonu başa çatacaq.
İspaniyanın ikinci liqası isə iyunun 6-da yekunlaşacaq.
Yeni mövsümün təqvimi İspaniya Kral Futbol Federasiyasının iştirakı ilə Madrid şəhərinin Kolon meydanında keçirilən təqdimat mərasimində ictimaiyyətə təqdim olunub.
Mövsümün ilk “El Klasiko” qarşılaşması 10-cu tur çərçivəsində oktyabrın 25-nə təsadüf edən həftəsonunda Barselonada keçiriləcək.
Cavab oyunu isə 35-ci turda, mayın 9-na təsadüf edən həftəsonunda Madriddə baş tutacaq.
Madrid derbisi ilk dəfə 7-ci tur çərçivəsində sentyabrın 20-nə təsadüf edən həftəsonunda keçiriləcək.
İlk qarşılaşmaya Riyadh Air Metropolitano stadionu ev sahibliyi edəcək.
Cavab oyunu isə 30-cu turda, aprelin 4-nə təsadüf edən həftəsonunda Santyaqo Bernabeu stadionunda oynanılacaq.
Sevilya derbisi – "El Qran Derbi" çərçivəsində Sevilya noyabrın 22-nə təsadüf edən həftəsonunda 13-cü turda Ramon Sançes Pisxuan stadionunda Real Betisi qəbul edəcək.
Cavab qarşılaşması isə fevralın 7-də 23-cü tur çərçivəsində La Kartuxa stadionunda keçiriləcək.
Bask derbisi – "El Derbi Vasko" 11-ci turda noyabrın 1-nə təsadüf edən həftəsonunda Bilbaoda keçiriləcək və burada Atletik Bilbao Real Sosyedadı qəbul edəcək.
Cavab oyunu isə mayın 2-də 34-cü tur çərçivəsində San-Sebastyanda baş tutacaq.
Barselona derbisi – "El Derbi de Barselona" yanvarın 3-nə təsadüf edən həftəsonunda 18-ci turda RCDE stadionunda Espanyol ilə Barselona arasında keçiriləcək.
Cavab görüşü isə aprelin 18-də 32-ci tur çərçivəsində Spotify Kamp Nou stadionunda oynanılacaq.
Valensiya derbisi – "El Derbi de Valensiya" də yanvarın 3-nə təsadüf edən həftəsonunda 18-ci turda Syutat de Valensiya stadionunda Levante ilə Valensiya arasında keçiriləcək.
Cavab oyunu isə martın 7-də 27-ci tur çərçivəsində Mestalya stadionunda baş tutacaq.
Bundan başqa, Qalisiya derbisi – "El Derbi Qalyeko" səkkiz illik fasilədən sonra yenidən La Liqaya qayıdır.
Selta Viqo ilə Deportivo arasında ilk qarşılaşma yanvarın 3-də 18-ci tur çərçivəsində Balaydos stadionunda keçiriləcək.
İkinci oyun isə aprelin 18-də 32-ci tur çərçivəsində Abanka-Riasor stadionunda baş tutacaq.