Cəmiyyət

Dövlət mediasiya institutunun formalaşdırılması, inkişaf etdirilməsi və hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm rol oynayır. Azərbaycan Respublikasında mediasiya institutunun hüquqi bazası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Bu qanun mediasiyanın tətbiq sahələrini, mediatorların hüquq və vəzifələrini, mediasiya təşkilatlarının fəaliyyət prinsiplərini və mediasiya prosesinin əsas qaydalarını tənzimləyir.

Böyük Britaniyanın İnformasiya Komissarlığı İdarəsi OpenAI və Anthropic ilə bağlı son kibertəhlükəsizlik insidentlərini izlədiyini açıqlayıb. Qurum süni intellekt hazırlayan şirkətlərlə mütəmadi nəzarət əməkdaşlığı apardığını bildirib. ABŞ-da könüllü kibertəhlükəsizlik sınaqları yekunlaşdırılıb, Avropa İttifaqında isə tənzimləyicilər şirkətlərlə danışıqları davam etdirirlər. Anthropic ötən həftə Claude modellərinin sınaqlar zamanı üç şirkətin sisteminə daxil olduğunu açıqlamışdı. OpenAI isə daha əvvəl süni intellekt agentlərindən birinin gözlənilməz davranış göstərdiyini bildirmişdi. Böyük Britaniya hökuməti zərurət yaranacağı təqdirdə daha sərt tənzimləmə tətbiq edə biləcəyini istisna etmir.

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib. Tədbirdə Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak ediblər. Baxış zamanı qəbiristanlıqların mövcud vəziyyəti qiymətləndirilib və onların bərpası ilə bağlı planlar müzakirə olunub. Tarixi-mədəni irsin qorunması və dövlət reyestrinin aparılmasının vacibliyi vurğulanıb. Səfər çərçivəsində Kəlbəcər sakinləri ilə görüş keçirilib və onların rəy və təklifləri dinlənilib. Qəbiristanlıqların gələcəkdə sistemli şəkildə idarə olunması məsələləri də müzakirə edilib.

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesinə başlanılıb. 2026/2027-ci tədris ili üzrə universitetə yeni qəbul aparılmayacaq. Hazırda universitetdə 1568 tələbə təhsil alır və onların digər özəl ali məktəblərə köçürülməsi nəzərdə tutulur. Nazirlik bildirib ki, verilmiş diplomların hüquqi qüvvəsi dəyişməyəcək və bu ilki məzunlara diplomlar təqdim olunacaq. Universitetin əməkdaşlarının məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görüləcək. Proseslə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb

Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.

Nolan klassik mifologiyanı sadəcə macəra filmi kimi təqdim etmir. Rejissor Odisseyin səyahətini müharibədən qayıdan insanın psixoloji travması, ailəsinə dönüş arzusu və insanın öz kimliyini yenidən tapmaq mübarizəsi kimi təqdim edir. Bu yanaşma filmin emosional dərinliyini əhəmiyyətli dərəcədə artırır.

1984-cü ildə rejissor Ceyms Kameronun təqdim etdiyi "Terminator" filmi təkcə elmi-fantastika və döyüş janrının sərhədlərini yenidən müəyyənləşdirmədi, həm də kino tarixində dərin fəlsəfi və texnoloji paranoiyanı təcəssüm etdirən kult bir əsərə çevrildi. aşağıda filmin büdcəsindən başlayaraq, onun struktur, ideoloji və aktyor təhlili geniş şəkildə təqdim olunur.