2026-cı il istehsalı olan Hyundai Kona, sükan sistemi ilə bağlı yeni bir təhlükəsizlik geri çağırmasının obyekti olub. AzerVoice xəbər verir ki, potensial olaraq qüsurlu olan "sükan yumruqları" (steering knuckles) səbəbindən Hyundai, ABŞ-da satılmış və benzin mühərrikli olan 4555 ədəd subkompakt SUV modelini geri çağırır.
Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 10600 şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
Paytaxtımız Bakı şəhəri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edir.
Bakıda şəhər həyatına yeni bir texnoloji məkan qoşulub - ilk RoboCafe Crescent Mall-da rəsmi olaraq fəaliyyətə başlayıb. Burada içkilərin hazırlanması və təqdimatı sənaye tipli KUKA KR Agilus robotu tərəfindən həyata keçirilir. Bu robot dünyada sürəti və dəqiqliyi ilə tanınan ən qabaqcıl sənaye robotlarından biridir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında Babək, Şərur və Culfa rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, təsərrüfatların inkişafına dəstək göstərilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ölkəmiz 12–22 fevral tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən 76-cı Berlin Beynəlxalq Film Festivalında (Berlinale) təmsil olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qurulan proaktiv mexanizm yaınız pensiya təyinatının deyil, pensiyanın yenidən hesablanmasının e-sistem üzərindən avtomatik həyata keçirilməsinə imkan yaradıb.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi keçirilib. Mərasimdə iştirak edən Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdülkərim bin Əbdüllətifin himayəsi ilə icra olunur.
Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Bu tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Ötən ay 950 şəxs üçün isə Agentlik tərəfindən peşə hazırlığı kursları təşkil olunub, 15075 şəxsə peşəyönümü xidmətlər göstərilib.