Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 20-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri üçün təlim-metodiki görüş təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yanvar ayında əlilliyi olan 2800 şəxsi 123 min reabilitasiya vasitəsi ilə təmin edib. Həmçinin əlilliyi olan şəxslərə 811 cüt protez və yarım cüt ortopedik ayaqqabı, 321 eşitmə aparatı, 28 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir. Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9% artım deməkdir.

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkət artıq svetoforla tənzimlənir. Quraşdırılan yeni nəqliyyat və piyada svetoforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, eləcə də həmin kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə hissəsində hərəkət növbəliliyini tənzimləyir.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistika xərclərinin optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər. Nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.

Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.