Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Hadisə
    Hadisə

    Ağ evdən bir az aralı: Azərbaycan təhlükəsizliyinin görünməyən qəhrəmanları

    21 Fevral 2026 11:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ağ evdən bir az aralı: Azərbaycan təhlükəsizliyinin görünməyən qəhrəmanları
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Az qala bütün qurğuların tribunaya, hər cihazın internetə, hər aparatın qlobal mikrofona çevrildiyi bir anda kiminsə fiziki hərəkətlə, bağırmaqla ortaya çıxması ən yaxşı halda tərbiyəsizlikdir. Bu kobudluq ölkə prezidentinə qarşı yönəldilməyə çalışılırsa, təbii ki, ən yaxşı halda təxribatdır.

    Demokratiya, söz azadlığı və KİV-in silaha çevrildiyi bir zamanda çoxüzlü formatda hazırlanan qüvvələrlə mübarizə aparmaq olduqca çətindir. Bu qüvvələr ictimaiyyət qarşısına çıxanda lövhələrində “demokratiya” yazılsa da, lövhənin sapı ən azından xəncərdir. Xoşməramlı sima təqdim edən belə qruplar bir əlləri ilə istənilən gözəl şüar göstərə bilərlər, lakin ciblərindəki digər əllərində mütləq tapança olacaq. Onlar fürsət gözləyirlər ki, əllərində olan və olmayan bütün vasitələrlə proqramlaşdırıldıqları hədəfə ən azından ləkə atsınlar.

    Vaşinqtonda Prezident İlham Əliyevin qalacağı otel ətrafında törədilməyə çalışılan təxribat da bu dəbdən düşmüş kampaniyanın son “pankart”larından idi. Qərb “fast-food”uyla yöndəmsiz piylənmiş üç-beş şəxs səslərini meqafonla gücləndirərək ön plana çıxmağa çalışsa da, bu süni gurultunun arxasında məkrdən savayı heç bir istək durmur.

    Əslində bu nə qədər qara əməl olsa da, baş verdikdən sonra bir neçə reallığa işıq saldı: birincisi, bu tip qrupların dünyanın hər yerində hazır vəziyyətdə gözlədiyi reallığı; ikincisi, dünyanın hər yerində bu cür təhdidləri dərhal neytrallaşdırmaq imkanına malik peşəkar təhlükəsizlik strukturumuzun mövcudluğu reallığı.
    Ölkənin ali şəxsinin təhlükəsizliyi birbaşa ölkənin təhlükəsizliyidir. 19 fevral 2026-cı ildə Azərbaycan Amerika Birləşmiş Ştatlarında təmsil olunurdu; bundan beş gün əvvəl isə Almaniyada idi.

    Artıq ölkə, dövlət və hökumət anlayışı fiziki sərhədlərlə ölçülmür; ölkə sərhədləri torpaq üzərinə sabitlənmiş tikanlı məftillər deyil, indi sərhədlər daha innovativ materialdandır. Qlobal dünyada ölkənin taleyi harada həll olunursa, həmin gün ölkənin sərhədləri həmin konfransa, şuraya, foruma daşınır və genişlənir. Bu əzəmətli reallıqda Prezidentin Təhlükəsizliyi Xidmətinin işi bəzən ölkə ordusunun fəaliyyəti qədər vacib səviyyəyə yüksəlir.

    Xidmət əməkdaşları səyyar sərhədçi kimi, az qala, hər gün dünyanın bir ölkəsində milli keşik çəkməlidirlər. Hər anı diqqət, sayıqlıq və soyuqqanlıq tələb edən bu təhlükəsizlik işi Münxendə, xüsusən də Vaşinqtonda aydın lövhələrdə əks olundu. Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin rəisi Fərid Əsgərov bu ordunun komandiri kimi kritik məqamda qəhrəmanlıq göstərdi; dünyanın mərkəzində, Ağ evin bir addımlığında püskürülən bu zülmət azərbaycanlı təhlükəsizlik əsgərlərinin sayəsində dərhal neytrallaşdırıldı.

    Bütün bu hadisələr göstərdi ki, ölkənin təhlükəsizliyi artıq sadəcə fiziki sərhədlərlə ölçülmür; onun möhkəmliyi, davamlılığı və nüfuzu görünməyən, lakin hər an fəaliyyətə hazır olan peşəkar qurumların səmərəliliyi ilə qorunur.

    #Prezidentin Təhlükəsizlik Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müasir Fələstin incəsənətinə ağır itki - Süleyman Mənsur 79 yaşında dünyasını dəyişdi

    25 Avqust 2026 09:57

    Ağdərədə 2 nəfər minaya düşdü

    3 Avqust 2026 11:40

    Tanınmış vəkilin qızının öldüyü qəzanın görüntüləri

    17 İyun 2026 14:30

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı

    29 Aprel 2026 10:03

    Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verib

    28 Aprel 2026 15:21

    Metrodakı problemlə bağlı araşdırma başladı: prokurorluğa müraciət oluna bilər

    21 Aprel 2026 17:32

    Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib

    11 Aprel 2026 09:11

    Ağdaban soyqırımından 34 il ötür

    8 Aprel 2026 05:23

    Bakıda ev çökdü, gənc qız xilas edildi

    7 Aprel 2026 09:45

    Azərbaycanın ABŞ-dəki Səfirliyi Vaşinqtonda baş verən təxribatla bağlı bəyanat yaydı

    20 Fevral 2026 18:15
    XƏBƏR LENTİ

    Huda Qəttan və Kardi Bi əməkdaşlığa başlayır

    Prezident İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

    Prezident İlham Əliyev və Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımları müzakirə ediblər

    Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib

    Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat yayılıb

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    Dünyanın ən yaxşı reqbiçiləri Dubayda - HSBC SVNS 2027 seriyasının açılışı olacaq

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    Bişkekdə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü keçirilir

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.