Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

    11 Fevral 2026 15:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice

    11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC-nin təsis edilməsi ölkəmizin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi, qiymətli metalların hasilatı, emalı və satışının vahid dəyər zənciri üzrə təşkili, eləcə də Azərbaycan mədənçiliyinin institusional, texnoloji və idarəetmə baxımından müasirləşdirilməsi istiqamətində mühüm nəticələr verib.

    Dövlət başçısının təşəbbüsü ilə biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın təşviqi məqsədilə həyata keçirilən ardıcıl islahatlar “AzerGold” QSC-nin fəaliyyətinin davamlı şəkildə genişlənməsi üçün əlverişli zəmin yaradıb.

    5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayan “AzerGold” QSC bir sıra mühüm istehsal və infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib. On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl mədənini və 1 regional sənaye kompleksini istismara verən Cəmiyyət qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata keçirib.

    “AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa iqtisadi gəlirlərin formalaşdırılması ilə məhdudlaşmayaraq regionların inkişafına, yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə və məşğulluğun artırılmasına da mühüm töhfələr verib. Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da genişlənləndirilməsi nəzərdə tutulur.

    Hazırda dəmir filizi yataqlarının istismarını həyata keçirən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun törəmə müəssisəsi olan “Azerbaijan Metal Company” MMC, eləcə də ölkədə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış yeganə şirkət olan “AzerBlast” MMC-ni öz fəaliyyəti ətrafında birləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində inteqrəolunmuş fəaliyyət modelini uğurla tətbiq edir.

    “AzerGold” QSC sosial məsuliyyət, icmalarla əməkdaşlıq və ətraf mühitin mühafizəsi sahələrində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə dövlətin sosial-iqtisadi və ekoloji siyasətinin icrasına mühüm töhfələr verir və bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə genişləndirir.

    Qarşıdakı mərhələdə “AzerGold” QSC innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə milli mədən sənayesinin rəqabət qabiliyyətinin artırılmasını, ölkəmizin perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, həmçinin qısa və orta müddətli dövrdə bir neçə əlvan metal filizi mədəninin istismara verilməsi ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr verməyi hədəfləyir.

    #Azərbaycan #Bakı #AzerGold
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    2 Sentyabr 2026 11:18

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.