#Dubay investisiya imkanları

Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay, xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə daşınmaz əmlak əsaslı viza proqramlarını daha da sadələşdirib. Yeni qaydalar çərçivəsində Dubayda əmlak alan investorlar üçün həm qısamüddətli, həm də uzunmüddətli yaşayış vizası imkanları genişləndirilib. Hazırda investorlar üçün əsasən iki viza növü mövcuddur: 2 illik yaşayış vizası və 10 illik “Qızıl Viza”.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) şirkət qurmaq prosesi əlverişli vergi mühiti və qlobal imkanları ilə investorları cəlb etsə də, bir çox sahibkar strateji bir səhvə yol verir. Bir çox iş adamının “əvvəl şirkəti qur, bank hesabını sonra açarsan” yanaşması ilə hərəkət etdiyini qeyd edən Ş.Kərimov, bunun ciddi risklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bank hesabı, rezidentlik vizası və "Emirates ID" kartı olmadan şirkət hüquqi olaraq mövcud sayılsa da, kommersiya baxımından tamamilə hərəkətsiz qalır. “Struktur düzgün qurulmadıqda ödəniş qəbul etmək, təchizatçılara pul köçürmək və dövlət xidmətlərindən yararlanmaq qeyri-mümkündür”-deyə o əlavə edib.