Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xaçmaz KOB evinin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib

    15 Sentyabr 2025 13:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xaçmaz KOB evinin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Sahibkarlar KOB evinin Xudatdakı xidmət mərkəzinə daha çox ixracla bağlı xidmətlər üçün müraciət edirlər.

    AzerVoice xəbər verir ki,“Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City” Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

    2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir.

    Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.

    Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.

    Xaçmaz KOB evinin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
    Xaçmaz KOB evinin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
    Xaçmaz KOB evinin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib
    #Quba-Xaçmaz Regional Təhsil İdarəsi #Xaçmaz #Quba- Xaçmaz regional bölməsi #KOB
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

    8 May 2026 18:24

    Xaçmazın Cığatay kəndində evlərini su basan 22 nəfər təxliyə edilib

    28 Mart 2026 15:40

    QİAD və TECHERA Qubada biznes və rəqəmsal inkişaf sammiti keçirəcək

    10 Fevral 2026 17:48

    Energetika naziri Qubada vətəndaşları qəbul edəcək

    27 Yanvar 2026 17:18

    Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

    24 Yanvar 2026 12:24

    Keçən ildə 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

    15 Yanvar 2026 16:24

    “Xaçmaz KOB evi”ndə yeni xidmət pəncərəsi fəaliyyətə başlayıb

    7 Yanvar 2026 13:10

    Bakı Fond Birjası və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında memorandum imzalanıb

    11 Dekabr 2025 12:06

    Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert proqramı ilə çıxış edib

    7 Dekabr 2025 16:05

    Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində 2025–2026-cı illər üçün bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır

    29 Noyabr 2025 16:49

    Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib

    22 Noyabr 2025 11:49

    Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

    8 Noyabr 2025 18:15
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.