#KOB

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlara 1191 lisenziya verilib. Onlardan 807-si elektron formada təqdim olunub. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 20 min 220 lisenziya təqdim edilib. Verilən lisenziyaların əsas hissəsi tikinti, əczaçılıq, özəl tibb və rabitə sahələrini əhatə edib. Elektron lisenziyaların sayı 2018-ci ildən etibarən 7963-ə çatıb. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Sahibkarlar müraciətləri "ASAN xidmət", KOB evləri və elektron portal vasitəsilə edə bilərlər. Sənədlər düzgün təqdim edildikdə lisenziya ən geci 10 iş günü ərzində təqdim olunur.

2026-cı ildə də KOB subyektlərinin sərgilərdə və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək davam etdiriləcəkdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

Sahibkarlar KOB evinin Xudatdakı xidmət mərkəzinə daha çox ixracla bağlı xidmətlər üçün müraciət edirlər. “Xaçmaz KOB evi”nin Xudat şəhərində yerləşən “Food City” Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib. 2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir.