Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov

    23 İyul 2025 15:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Əgər narkotikdən asılı olmuş şəxsin maddi vəziyyəti yaxşı deyilsə, o heç cür əvvəlki sağlam həyatına qayıda bilməz.

    Bu fikirləri AzerVoice-ə açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Sədri Emil Maqalov bildirib.

    O, bildirib ki, narkotikdən asılı olan insanların müalicəsi üçün dövlətin narkodispanserləri olsada, narkodispanserlər, şəxsi fiziki asılılığdan qurtarır.

    "Fiziki asılılıqdan 15-20 gün ərzində çıxmaq olur. Lakin bununlar iş bitmir, çünki fiziki asılılıqdan çıxmış şəxslərin 70 faizindən çoxu bu zərərli vərdişə geri qayıdır. Çünki həmin şəxslər reabilitasiya olunmur"- deyə ekspert bildirib.

    Ekspert, hazırda narkodispanserlərin tərkibində reabilitasiya mərkəzinin olduğunu, lakin həmin mərkəzlərin fəaliyyətsiz olduğunu qeyd edib.

    "Effektiv reabilitasiya üçün minimum 5-6 ay vaxt tələb olunur. Dünyada geniş tətbiq olunan və 1934-cü ildən bəri istifadə edilən ‘12 addım’ proqramı nəticəsində narkotikdən uzaqlaşanların uğur faizi 80-ə qədər yüksəlir"- deyə narkomaniya üzrə ekspert Maqalov bildirib.

    O, həmçinin bildirib ki, insanların narkotikə başlamasının əsas səbəbi düşdüyü mühitdir.

    Ekspertin sözlərinə görə, bəzi məktəblərdə zəif fiziki və ya psixoloji xüsusiyyətlərə malik uşaqlar sinifin dominant şagirdləri tərəfindən sıxışdırılır və bu zaman həmin uşaqlar özlərinə psixoloji dəstək axtarmağa başlayırlar.

    “Məsələn, məktəblərdə zəif uşaqları sinifin ‘böyük’ uşaqları sıxışdırırlar və bu zəif xarakterli uşaqlar onlara yaxın olmağa çalışır ki, hər hansı xoşagəlməz hal baş verməsin. Daha sonra o 'böyük uşaqlar' hər hansı yollarla narkotik vasitə əldə edir və istifadə etməyə başlayırlar,” – deyə ekspert bildirib.

    Ekspert əlavə edib ki, belə hallarda həmin qrup daxilində narkotik maddədən istifadə bir “normal davranış” kimi qəbul olunur və istifadə etməyən uşaqlara təzyiqlər göstərilir.

    "Onların düşüncə tərzinə görə, əgər biri bu maddədən istifadə etmirsə, qrupdan kənar sayılır və ona mənfi münasibət göstərilir. Hal-hazırda danışdığım real hadisədə 7 uşaqdan 4-nə öz resurslarımızla yardım etmişik,” – deyə ekspert vurğulayıb.

    Maqalov, bu kimi halların qarşısının alınması üçün məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsinin və erkən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.

    #Emil Maqalov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    31 Avqust 2026 21:13

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları

    29 Oktyabr 2025 10:40

    "Gözəllik təzyiqi" bəzi qız və qadınları narkotikləri sınamağa məcbur edir

    22 İyul 2025 10:09

    Narkotik istifadəsindən yayılan xəstəliklər – Ekpsertdən açıqlama

    22 Oktyabr 2024 10:11

    Seks, narkotik və körpələr - Narkotik maddələrin insan orqanizminə təsiri

    19 Oktyabr 2024 12:38

    “İnqilabdan əvvəl İran narkotiki” – Emil Maqalovun araşdırması

    10 Sentyabr 2024 22:45

    “Təhlükəli gənclik hərəkatları"- AUE nədir? (İkinci yazı)

    29 İyun 2024 20:45

    Anlayışlara görə həyat məktəbi - AUE nədir? (Birinci yazı)

    28 İyun 2024 14:42

    "Zəvvar" (Birinci yazı)

    26 İyun 2024 12:35

    “Narkomanların sayı 300 000 - i ötür?”

    4 İyun 2024 11:57

    "Tiryək Çini necə yıxdı?!"

    28 May 2024 19:06
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.