Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb

    20 Noyabr 2024 15:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdə iştirakından sonra ölkəmizə səfərinə dair ABŞ-da verdikləri həqiqətləri əks etdirməyən açıqlamaları dərin təəssüf hissi doğurur.

    AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva konqresmenlərin açıqlamalarına reaksiyasında bildirib.

    Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onların ölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

    "Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmaları əvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədən önə çıxarmalarını gözləyərdik.

    Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzində işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik.

    Lakin biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdə regionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlar atmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətində mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışında Amerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir "qurumun" və onun müharibə cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş "rəhbərinin" adını hallandırması, başqa ölkənin daxili işinə qarışması, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması "həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?" sualına cavab vermiş olur.

    Həmçinin onu da qeyd etmək istərdim ki, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə bu ölkə tərəfindən bu günədək ölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması da onların qərəzli olduğunu növbəti dəfə sübut edir.

    Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanların nümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını və tutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəng iddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olan dözümsüzlüyünün bariz nümunəsidir", - deyə Səbinə Əliyeva bildirib.

    O, ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinin tapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzli fikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmət etməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyə dəvət edib.

    #Səbinə Əliyeva
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

    7 May 2026 13:12

    Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

    8 Aprel 2026 17:00

    Soyqırıma əks etdirən “Susmayan həqiqətlər” sərgisi başa çatdı

    31 Mart 2026 19:06

    Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Bəyanat yayıb

    30 Mart 2026 13:00

    Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

    18 Mart 2026 23:33

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

    24 Fevral 2026 12:19

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41

    Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası dövlət tərəfindən diqqət mərkəzindədir - Ombudsman

    24 Dekabr 2025 10:55

    Ombudsman BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisini qəbul edib

    20 Dekabr 2025 13:25

    Ombudsman Cenevrədə BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib

    27 Noyabr 2025 11:18

    Səbinə Əliyeva Monteneqro Ombudsmanına bu ölkədə saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı məktub ünvanlayıb

    29 Oktyabr 2025 12:42
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Səudiyyə Ərəbistanında 7 nəhəng su zavodu tikilir - digər ölkələrə su satılacaq

    İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

    Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

    Səudiyyə enerji sektoru birinci yarımildə 67 milyard dollarlıq mənfəət əldə edib

    Yəməndə ərzaq böhranı dərinləşir

    İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

    Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.