İsrail ordusunun bəyanatına görə, hücum “Dəməşqdə rejimə məxsus Baş Qərargah kompleksinin giriş qapısına” yönəlib. Suriyanın dövlət televiziyası isə hücum nəticəsində paytaxtda iki mülki vətəndaşın yaralandığını bildirib.
Axtarış nəticələri "İsrail ordusu" (1850)
Hikmət Salman əl-Hicri Suriyada mövcud olan mövahid druzlar təriqətinin ruhani lideridir və Süveyda vilayətində dini və ictimai baxımdan nüfuzlu bir şəxsiyyət sayılır.
İsrail Dəməşqdə Prezident Sarayını və Baş Qərargahı bombalayıb
İsrail ordusu Qəzza zolağının ikinci böyük şəhəri olan Xan Yunisini şərqdən qərbə ayıran 15 kilometrlik “Magen Oz dəhlizi”nin tikintisini başa çatdırdığını açıqlayıb.
İsrailin Qəzzaya son hücumları zamanı aralarında uşaqların da olduğu 13 nəfər həlak olub.
İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb.
Tehran ABŞ və İsrailin zərbələri nəticəsində dağıdılmış infrastrukturun bərpası üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrə müraciət etməyib.
İsrail Suriyanın cənubuna hücum edib.
İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın vaxtlarda İrana qarşı yenidən hərbi hücum qərarı verə biləcəyini istisna etmir.
İsrailin Baş naziri və Müdafiə naziri, İsrail ordusuna Suriyanın cənubundakı Əs-Süveyda şəhərinə daxil olan Suriyanın təhlükəsizlik qüvvələrinə hücum əmri verdiklərini bildiriblər.
İsrail ordusu bu gün, səhər saatlarında İordan çayının qərb sahilində bir neçə vilayətdə genişmiqyaslı həbslər və basqınlar həyata keçirib.
İsrail ordusu Qəzza şəhəri və Cəbəliyyənin şimal bölgəsində yaşayan fələstinlilərə dərhal evlərini tərk etmələri ilə bağlı təcili xəbərdarlıq yayıb.
İsraillə 12 günlük müharibə zamanı İraınn varlığı və ərazi bütövlüyü görünməmiş bir təhdidə məruz qalıb.
İsrail Müdafiə Ordusu (SAXAL) Suriyanın cənubunda bir neçə tankı hədəfə alaraq hava zərbəsi endirib.
İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində həlak olanların sayı 1 062 nəfərə çatıb.
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Qəzza zolağı boyunca 100-dən çox müxtəlif hədəfi bombalayıb.
Bu gün, İsrailin Qəzza zolağına qarşı davamlı hava hücumları nəticəsində azı 15 fələstinli həlak olub, bir çoxu isə yaralanıb.
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS və İslami Cihad hərəkatlarının bir neçə sahə komandirini qətlə yetirib.
İranın hərbi avadanlıqları ciddi zərər görməyib və lazım gəlsə, ölkənin on il davam edən bir müharibəyə yetəcək qədər avadanlığı mövcuddur.
İranın “Fars” xəbər agentliyi İsrailin 15 iyun tarixində Tehrana qarşı həyata keçirdiyi hava hücumu zamanı İran Prezidenti Məsud Pezeşkian, parlament sədri və məhkəmə hakimiyyətinin rəhbərinin hədəf alındığını iddia edib.
İsrail ordusu bu gün Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində bir evi bombalayıb.
HƏMAS, İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Fondunun (GHF) dərhal ləğv edilməsini tələb edib.
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində 110 fələstinli həlak olub.
İran Xarici İşlər Naziri Seyid Abbas Araqçi, ölkəsinin nüvə obyektlərinin ciddi şəkildə ziyan gördüyünü və ABŞ ilə nüvə danışıqlarını yenidən başlatmağa hazır olduqlarını bildirib.