Axtarış nəticələri "Netanyahu " (1237)

İsrailin Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə müstəsna əlaqələri var, çünki bu, beynəlxalq təşkilatın qərarı ilə yaradılıb və eyni zamanda onun qətnamələrini ən çox pozan üzv dövlətdir. Bu rekorda və saysız-hesabsız pislənilməsinə baxmayaraq, BMT heç bir üzv dövlətin malik olmadığı nadir tolerantlıq nümunəsini məhz İsrailə nümayiş etdirir.

"HƏMAS-ın İsraillə Qəzza mövzusunda razılaşmaya açıq olduğu xəbərilə yanaşı, Misir prezidenti Sisi iki günlük atəşkəsin əldə olunması və bu müddətdə əsir və girovların azadlığa buraxılması təklifilə də çıxış edib. HƏMAS bundan əvvəl də dəfələrlə bəyan edib ki, İsraillə atəşkəsə hazırdır. Lakin Təl-Əviv atəşkəsi qəbul etməyib, əksinə əməliyyatları daha da şiddətləndirib. Bu açıqlamaların heç birində stabil sülhdən söhbət getmir. Söhbət yalnız atəşkəsdən gedir. Bunun özü də əslində ciddi problemin olduğunu göstərir", deyə Rufiz Hafizoğlu bildirib.

Oktyabrın yeddisi sonra, daha doğrusu Əqsa Tufanı sonrası İsraialin hədəfində yalnız Qəzza və HƏMAS idi. İsmayıl Haniyənin Tehranda müəmmalı öldürülməsindən sonra yerinə seçilən Yəhya Əl-Sinvar İsrail üçün böyük sürpriz olan “Əqsa tufanı” əməliyyatını planlaşdırıb həyata keçirdikdən bir il sonra öldürüldü. Əl-Sinvarın simasın HƏMAS bu əməliyyatda quruda, dənizdə və havada çoxsaylı qüvvə və silahlardan istifadə etdi, lakin onlar müasir orduların silahları ilə müqayisədə primitiv silahlar kimi təsnif edilir.