Axtarış nəticələri "Şahzadə Məhəmməd bin Salman" (111)

Vaşinqtonda səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ilə paralel olaraq, Səudiyyə Ərəbistanı və ABŞ sivil nüvə enerjisi sahəsində əməkdaşlıq danışıqlarının tamamlandığını rəsmi şəkildə açıqlayıb. Tərəflər "sülh məqsədli nüvə əməkdaşlığının yekunlaşdırılması barədə birgə bəyanat" imzalayıblar.

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-yə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu münasibətlərin formalaşması son on ildə regional və qlobal dəyişikliklərin fonunda baş verib və Riyad–Vaşinqton xəttində qarşılıqlı maraqlara əsaslanan yeni bir siyasi-iqtisadi modelin meydana çıxmasına səbəb olub.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman 18 noyabr çərşənbə axşamı ABŞ-ın paytaxtı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Tərəflərin təhlükəsizlik, müdafiə, iqtisadi əməkdaşlıq və regional böhranların idarə olunması kimi iki ölkə münasibətlərini əhatə edən əsas məsələləri müzakirə edəcəyi gözlənilir. Bin Salmanın səfəri, 2018-ci ildən sonra ABŞ-a edəcəyi ilk rəsmi ziyarət olması ilə diqqət çəkir.

Səudiyyə Ərəbistanı Nazirlər Şurası bir daha Krallığın regionda və dünyada sülh və təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş səyləri tam dəstəklədiyini bəyan edib. Şura bu bəyanatı vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salmanın sədrliyi ilə keçirilən iclas zamanı səsləndirib. Toplantıda regional və beynəlxalq proseslər, eləcə də hazırkı siyasi vəziyyət müzakirə olunub.

Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, baş nazir Məhəmməd bin Salman Əl-Səud Riyadda, “Əl-Yemame” sarayında Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Səudiyyə Ərəbistanı ilə FİFA arasında idman sahəsində əməkdaşlıq istiqamətləri, qarşıdakı layihələr və futbolun inkişafına dair yeni imkanlar müzakirə olunub. Tərəflər qlobal səviyyədə idman təşəbbüslərinin genişləndirilməsi və Səudiyyə Ərəbistanının bu prosesdə rolunun gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Riyadda vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman sədrliyi ilə keçirilən iclasda krallığın ABŞ-la əməkdaşlığa hazır olduğu vurğulanıb. Məqsəd,İsrailin Qəzzadan tam çıxışı, kifayət qədər humanitar yardımın təmin edilməsi və “iki dövlətli həll” əsasında 1967-ci sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaqdır.

Səudiyyə Ərəbistanı Krallığı parçalanmış və qarışıqlıqlar içində olan Ərəbistan yarımadasını birləşdirərək ona təhlükəsizlik və sabitlik bəxş etmiş böyük rəhbəri yada salan 95-ci Milli Gününü qeyd edir. Bu bayramda biz həm keçmişi vərəqləyir, həm də yarımada əhalisinin, eləcə də Həcc və ümrə ziyarətinə gələnlərin əsrlər boyu üzləşdiyi çətinlikləri xatırlayırıq.

Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman ilə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif dünən Ər-Riyadda birgə strateji müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, hər iki ölkədən birinə edilən hər hansı hücum, hər ikisinə edilmiş hücum sayılacaq. Bu addım hər iki ölkənin təhlükəsizliyini gücləndirmək və bölgədə, həmçinin dünyada sülh və sabitliyi təmin etmək məqsədi daşıyır.

Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman çərşənbə axşamı paytaxt Ər-Riyadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüş keçirib. AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər regiondakı son durum və Səudiyyə–İran münasibətlərini müzakirə ediblər. Danışıqlarda ikitərəfliəlaqələrin inkişafı, eləcə də siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ön planda olub.

Şahzadə vurğulayıb ki, 2002-ci ildə Səudiyyə tərəfindən irəli sürülən Ərəb Sülh Təşəbbüsü hələ də Fələstin dövlətinin qurulması üçün əsas yol xəritəsidir. Onun sözlərinə görə, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstini tanıyan ölkələrin sayı artır və Nyu-Yorkda keçirilən beynəlxalq konfrans iki dövlətli həll yoluna dəstəyi gücləndirib.

Səudiyyə Ərəbistanı bütün imkanlarını Qətərə dəstək üçün səfərbər edir. Bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib. O, Qətərin təhlükəsizliyini qorumaq, suverenliyini müdafiə etmək məqsədilə gördüyü tədbirləri tam şəkildə dəstəkləyir.

Tərəflər regional prosesləri, xüsusilə Fələstindəki vəziyyəti diqqət mərkəzinə alıblar. Prezident Sisi Misirin Qəzzada atəşkəsin təmin olunması istiqamətində göstərdiyi vasitəçilik səyləri barədə məlumat verib. O, həmçinin Fələstin məsələsində Səudiyyə təşəbbüslərinə, o cümlədən BMT-də Riyad və Parisin birgə rəhbərliyi ilə keçirilən “iki dövlətli həll” konfransının nəticələrinə dəstək verdiyini vurğulayıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna böhranında baş verənləri müzakirə ediblər. Dünən telefon danışığı zamanı şahzadə Məhəmməd bin Salman ölkəsinin Ukraynadakı böhranın həlli, sülhün əldə edilməsi və dialoqun asanlaşdırılması üçün bütün səy və təşəbbüsləri dəstəklədiyini vurğulayıb.