Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq
    İslam və həyat: Şəriət, tarix, əxlaq

    Kitabı Ayasofiyada saxlanılan azərbaycanlı alim Qazi Burhanəddin

    2 Dekabr 2024 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Kitabı Ayasofiyada saxlanılan azərbaycanlı alim Qazi Burhanəddin
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi.

    Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şeir yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi.

    Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi.

    Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu. 1188-ci ildə həcc ziyarəti üçün yola çıxan Burhanəddin Anəvi əmir Seyfəddinin elçisi olaraq Bağdadda Abbasi xəlifəsi Nasir Lidinillahla görüşmüşdü. 1207-ci ildə Əxlatşah əmirliyi ləğv edilərək ərazisi Əyyubilər dövlətinə birləşdirilmişdi. Bu hadisədən sonra Konyaya gedən Burhanəddin Anəvi Anadolu Səlcuqlu sultanı İzzəddin I Keykavusun (1211-1220) xidmətinə daxil olmuşdu. Malatya şəhəri qaziliyinə təyin olunan Burhanəddin Əbu Nəsr Anəvi ‚Ənisü’l-Qülub‛ adlı farsca əsərini yazıb sultan İzzəddinə təqdim etmişdi. Bu əsərin son qismi ‚Nəsihətnamə‛ adlanır. Müəllif burada Burhan təxəllüsü ilə gənc hökmdar İzzəddin I Keykavusa nəsihət və öyüd mahiyyətində şerlər yazmışdı.
    ‚Ənisü’l-Qülub‛ İslam tarixi və əxlaqa dair əsər olsa da bu əsərdə Azərbaycan, Arran və Anadoluda yaşayan oğuzlar haqqında dəyərli tarixi məlumatlar var. ‚Ənisü’l-Qülub‛ Anadoludakı farsdilli ədəbiyyatın qiymətli nümunələrindən biridir. Bu əsər Firdovsinin ‚Şahnamə‛si tərzində qələmə alınmışdır və bir növ xəlifələrin tərənnüm edildiyi şahnamədir. ‚Ənisü’l-Qülub‛un məlum olan yeganə nüsxəsi İstanbulda Ayasofiya kitabxanasında saxlanılır. Burhanəddin Anəvinin ölüm tarixi 1214-cü ildən sonraya təsadüf edir.

    Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

    #Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əbu Hənifə Muhəmməd ibn Əbdürrəhman ibn Malik əl-Bərdəi: Məkkədə bir azərbaycanlı mühəddis

    31 May 2026 22:00

    Hülagülər dövrünün azərbaycanlı alimi: Mahmud əl-Arraninin iris haqqında nə bilirik?

    22 Mart 2026 12:35

    Əbül-Həsən Əli ibn Mərdək ibn Əbdüləziz Bərdəi: Tanınmış azərbaycanlı mühəddis və tacir

    8 Mart 2026 16:00

    Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani

    28 Dekabr 2025 13:50

    Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi -alim, ədib və mühəddis

    14 Dekabr 2025 19:23

    Mahmud əl-Arrani: XIII–XIV əsrlərin unudulan dilçi alimlərindən biri

    23 Noyabr 2025 15:30

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    Tunisdə vəfat edən azərbaycanlı alim Muhəmməd Bərdəi

    18 Oktyabr 2025 17:42

    Mövlana Kəmaləddin Məsud ibn Hüseyn Şirvani

    13 Oktyabr 2025 18:12

    Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani

    3 Oktyabr 2025 12:13

    Əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbili

    28 Sentyabr 2025 12:26
    XƏBƏR LENTİ

    Süni intellekt insan duyğularını anlayırmı? - Marketinqdə istifadəsi nə qədər etikdir?

    Fələstin Azadlıq Təşkilatı necə yarandı və Fələstin siyasətində hansı rol oynadı?

    Tarixdə bu gün – 2 İyun

    Tramp deyir ki, İranla danışıqlar “sürətli tempdə” davam edir

    Tramp: Netanyahu və Hizbullahla Livanda atəşkəs barədə danışmışam

    Ali rəhbərin müşaviri: İran dəniz blokadasına və Livandakı gərginliyə dözməyəcək

    Netanyahu və Tramp arasında gərginlik fonunda mühüm telefon danışığı baş tutdu

    Tramp: İranla danışıqların bitməsi məni narahat etmir

    Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib

    ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.