Bakı,AzerVoice:
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev mayın 28-30-da İtaliyaya rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, səfər İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində Jeenbek Kulubayev “Mərkəzi Asiya - İtaliya” nazirlərinin görüşündə iştirak edəcək, həmçinin İtaliyanın rəsmi nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.