Bakı, AzerVoice:
Qırğızıstanın Narın vilayətində avtomobil yığımı zavodu açılacaq.
AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat verib.
Məlumata əsasən. tikinti başa çatdıqdan sonra müxtəlif növ avtomobillərin, o cümlədən benzin, elektrik və qaz istehsalına başlanılacaq.
Yerli sakinlər üçün isə minə qədər yeni iş yeri açılacaq.