Bakı, AzerVoice:
Fransa şirkəti İssık-Kulda xizək kurortu tikilməsi üçün layihə hazırlayıb.
AzerVoice xəbər verir ki, hazırlanan layihə Sadır Japarova təqdim edilib.
Layihənin icrasından sonra 4,8 min iş yerinin yaradılması gözlənilir.
Kurortlar ildə 10 ay fəaliyyət göstərəcək və 850 minə qədər turist qəbul edəcək.
Layihə 2026-cı ilin sonuna qədər tamamlanacaq və 165 milyon avro məbləğində investisiya ilə həyata keçiriləcək.