Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.
Siyasət
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Adva Zəfər Muzey Kompleksində olub.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.
Qırğızıstan Respublikasının nümayəndə heyəti mediasiya sahəsində Azərbaycan təcrübəsi ilə tanış olub.
16 yanvar 2026-cı ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM Azərbaycanı Davosda təmsil edəcək.
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti kolonializm və neokolonializmə qarşı real nəticələr verməyə başlayıb.
Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin “Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb. Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.
Siqh icmasının tarixi mübarizəsi dini azadlıq, sosial bərabərlik üzərində qurulub.
Albaniya Prezidenti Bayram Beqay 13–15 mart tarixlərində Azərbaycana səfər edəcək.
Hindistanda dini və etnik azlıqların üzləşdiyi repressiyalar beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.
Pəncab əyalətinin milli azlıqlar üzrə naziri Hindistanda milli azlıqların üzləşdiyi sistemli problemlərə diqqət çəkib.