Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Hindistanda müstəmləkə irsi azlıqların gələcəyi üçün ciddi təhlükə yaradır - Siqh Federasiyası

    16 Yanvar 2026 11:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hindistanda müstəmləkə irsi azlıqların gələcəyi üçün ciddi təhlükə yaradır - Siqh Federasiyası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Hindistanda dini və etnik azlıqların üzləşdiyi sistemli repressiyalar beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurur.

    AzerVoice xəbər verir ki, Siqh Federasiyasının sədri Bual Maninder Siqh Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr olunmuş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Hindistanın müstəmləkə dövründən miras qalmış idarəçilik yanaşmaları bu gün də xristianlar, müsəlmanlar, dalitlər, siqhlər və digər dini-etnik qrupların gələcəyi üçün ciddi təhlükə yaradır.

    Maninder Siqh qeyd edib ki, ölkədə milli azlıqlara qarşı qanunsuz həbslər, məhkəmə qərarları olmadan həyata keçirilən edamlar, məcburi yoxa çıxmalar, qadınlara qarşı cinsi zorakılıq halları və mülki şəxslərə qarşı hücumlar mütəmadi xarakter daşıyır. Onun sözlərinə görə, bu hallar təsadüfi deyil və onilliklər ərzində davam edən dövlət siyasətinin nəticəsidir.

    Siqh Federasiyasının sədri vurğulayıb ki, sözügedən faktlar Hindistan dövlətinin azlıqlara qarşı sərt və sistemli repressiya siyasətinin bariz nümunəsidir. O bildirib ki, bu yanaşma yalnız insan hüquqlarının pozulmasına deyil, eyni zamanda cəmiyyət daxilində dərin sosial parçalanmaya və uzunmüddətli sabitliyin pozulmasına səbəb olur.

    Maninder Siqh beynəlxalq ictimaiyyəti Hindistanda milli azlıqların üzləşdiyi real vəziyyətə biganə qalmamağa çağırıb və baş verən hüquq pozuntularının beynəlxalq mexanizmlər çərçivəsində araşdırılmasının vacibliyini vurğulayıb.

    #Siqh Federasiyası Hindistanda azlıqların gələcəyi ilə bağlı xəbərdarlıq etdi #Maninder Siqh: Müstəmləkə irsi repressiyaları dərinləşdirir #Hindistanda dini və etnik azlıqlara qarşı zorakılıq davam edir #Bakıda Hindistanın azlıqlara siyasəti sərt tənqid olundu #Siqh lideri məhkəməsiz edamlar barədə danışdı #Hindistanda azlıqlara qarşı repressiyalar beynəlxalq gündəmdə #Sih Federasyonu Hindistan’daki azınlıklar için uyardı #Maninder Singh: Sömürge mirası baskıyı artırıyor #Hindistan’da dini ve etnik azınlıklara şiddet sürüyor #Bakü’de Hindistan’ın azınlık politikası eleştirildi #Sih liderinden yasa dışı infaz iddiaları #Hindistan’daki azınlık hakları uluslararası gündemde
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

    17 İyun 2026 18:02

    Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

    17 İyun 2026 10:23

    Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

    16 İyun 2026 19:43

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

    16 İyun 2026 16:34

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

    16 İyun 2026 14:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

    16 İyun 2026 14:01

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

    16 İyun 2026 13:36

    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib - XİN

    15 İyun 2026 21:26

    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

    15 İyun 2026 17:38

    Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

    15 İyun 2026 15:56

    Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    15 İyun 2026 13:52
    XƏBƏR LENTİ

    İƏT İsrailin Hebronla bağlı planlarını pisləyib

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.