Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib

    16 Yanvar 2026 21:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıda Hindistanda siqhlərə və digər etnik azlıqlara qarşı repressiyalara həsr olunmuş beynəlxalq konfrans keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı siyasətinin beynəlxalq müstəvidə müzakirəsinə həsr olunan genişmiqyaslı tədbir təşkil edilib.

    AzerVoice xəbər verir ki, 16 yanvar 2026-cı ildə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora, digər rəsmi şəxslər, siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin alimləri, həmçinin Hindistan hökumətinin repressiv və irqçi siyasətinin birbaşa qurbanları iştirak ediblər.

    Konfrans çərçivəsində 1984-cü ildə Hindistan hökuməti tərəfindən həyata keçirilmiş “Mavi Ulduz əməliyyatı” zamanı həlak olmuş siqhlərin xatirəsinə həsr edilən sərgi təşkil olunub. Sərgidə siqh xalqının inancında müqəddəs hesab edilən əşyalar nümayiş etdirilib. Daha sonra 2023-cü ildə Kanadada terror aktı nəticəsində qətlə yetirilmiş Hardip Singh Nijjar və Xalistan hərəkatının digər üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxış edərək bildirib ki, BTQ müasir dövrdə müstəmləkəçilik və neokolonial siyasətlərdən zərər çəkən xalqlara davamlı dəstək göstərir və onların pozulmuş hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində fəal fəaliyyət aparır. Tədbirdə təşkilatın beynəlxalq arenada qazandığı uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

    Konfrans zamanı BTQ tərəfindən hazırlanmış Hindistan hökumətinin siqhlərə qarşı törətdiyi hüquq pozuntuları və cinayətlərə, eləcə də digər etnik azlıqlara qarşı sistemli ayrı-seçkiliyə həsr olunmuş qısametrajlı film iştirakçılara təqdim edilib.

    Müzakirələr çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən siqh icmasının nümayəndələri “Siqhlərə qarşı ayrı-seçkiliyin mənşəyi və siqh diasporunun azadlıq uğrunda mübarizəsi” mövzusunda geniş fikir mübadiləsi aparıblar. Hindistanın repressiv siyasəti nəticəsində doğma yurdlarını tərk edərək hazırda Kanada, ABŞ, Böyük Britaniya və digər ölkələrdə yaşayan siqhlərin və digər azlıqların vəziyyəti, siqh fəallarına qarşı dövlət səviyyəsində həyata keçirilən terror aktları, eləcə də Hindistanda icmanın üzləşdiyi əsas siyasi, hüquqi və təhlükəsizlik problemləri diqqət mərkəzində olub.

    Konfransda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərini etnik azlıqlara münasibətdə kobud şəkildə pozması məsələləri də müzakirə edilib. Xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqlarının və məhkəmə qərarı olmadan icra edilən edamların araşdırılması, BMT-nin xüsusi məruzəçiləri vasitəsilə hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılıb.

    Tədbirin yekununda Bakı Təşəbbüs Qrupu və Qlobal Siqh Təşkilatları tərəfindən siqhlərə qarşı zorakılıq hallarının artıq dördüncü onillikdir davam edən cəzasızlıq praktikasına son qoyulmasına yönəlmiş “Beynəlxalq Fəaliyyətə Çağırış” adlı yekun sənəd qəbul edilib.

    #Bakıda Hindistanda siqhlərə qarşı repressiyalar beynəlxalq səviyyədə müzakirə olunub #Bakı Təşəbbüs Qrupu Hindistanın siqh icmasına siyasətini gündəmə gətirdi #Siqhlərə qarşı zorakılıq Bakıda keçirilən konfransda tənqid edilib #Bakıda Hindistanın etnik azlıqlara münasibəti müzakirə olunub #Siqh diasporu Hindistan hökumətinin siyasətini ifşa etdi #Bakı konfransı: Siqhlərə qarşı cəzasızlığa son qoyulmalıdır #Bakü’de Hindistan’daki Sihlere yönelik baskılar tartışıldı #Bakü Girişim Grubu Hindistan’daki Sih sorununu gündeme taşıdı #Sihlere karşı şiddet Bakü’de uluslararası konferansta ele alındı #Hindistan’ın azınlık politikası Bakü’de masaya yatırıldı #Sih diasporu uluslararası topluma çağrı yaptı #Bakü’de Sihlere yönelik cezasızlık eleştirildi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

    17 İyun 2026 18:02

    Özbəkistana etibarlı və perspektivli tərəfdaş kimi beynəlxalq maraq artır - Əli Əsədov

    17 İyun 2026 10:23

    Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

    16 İyun 2026 19:43

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14

    Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü

    16 İyun 2026 16:34

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

    16 İyun 2026 14:12

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

    16 İyun 2026 14:01

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

    16 İyun 2026 13:36

    Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib - XİN

    15 İyun 2026 21:26

    Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

    15 İyun 2026 17:38

    Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

    15 İyun 2026 15:56

    Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    15 İyun 2026 13:52
    XƏBƏR LENTİ

    İƏT İsrailin Hebronla bağlı planlarını pisləyib

    AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

    Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq müzakirə olunub

    Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olundu

    Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

    Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

    İran artıq 99 faiz nüvə silahı düzəldə bilməyəcək - Donald Tramp

    Prezident İlham Əliyev Məhəmməd Süleyman Əl-Casiri “Dostluq” ordeni ilə təltif edib

    Autizmli uşaqlar arasında stolüstü tennis turniri keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.