Onlar yaxşı insanlardırlar, amma çətindirlər. Düşünürəm ki, onlar dost olublar.
Siyasət
"İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.... Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.""
Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib. Uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət müəssisəsidir. Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının göstərilməsi istiqamətinə yönəlib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb. AzerVoice xəbər verir ki, söhbət zamanı Prezident Bayram Beqay Albaniya Baş nazirinin iqamətgahında açılan sərginin iki xalq arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ramazan ayının başlanması ilə bağlı paylaşım edib. Paylaşımda deylir:"Bütün dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edir, Allahdan hər kəsin dua və orucunun qəbul olunmasını diləyirəm!".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Reda ilə görüşüb. Dövlət Komitəsinin sədri Misir səfəri zamanı keçirilən görüşlərdə dini təhsil, maarifləndirmə və dini radikalizmə qarşı mübarizə sahəsində müzakirələrin aparıldığını bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Misirin Dini İşlər və Vəqflər Nazirliyi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə çıxış edən nazir Sahil Babayev vətəndaş cəmiyyəti nümayəndələrini Maliyyə Nazirliyi yanında İctimai şuraya üzv seçilmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.
Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bu ölkə ilə qida və kənd təsərrüfatı sahələrində birgə fəaliyyətə dair müzakirələr aparılıb.