Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Martın 8-də "Gazelli Art House"da "Her Art in Action" festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və "Gazelli Art House" Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb. Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır.