Siyasət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda baş tutan aqrobiznes forumu çərçivəsində Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamlarının iştirakı ilə ikitərəfli (B2B və B2G) və çoxtərəfli görüşlər keçirilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC (ATT) ilə İtaliyanın əsas fermer təşkilatı olan "Coldiretti", eləcə də kənd təsərrüfatı və aqrar sənaye sahəsini özündə birləşdirən "Filiera Italia" Assosiasiyası ilə arasında əməkdaşlıq memorandumu imzalanıb.