#Azərbaycan Ordusu

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

2026-cı ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının rəhbərliyi altında Quru Qoşunlarının hərbi hissələrinin iştirakı ilə irimiqyaslı əməliyyat təlimi keçirilir. Bildirilib ki, təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya briqadalarının, təminat hərbi hissələrinin şəxsi heyəti ilə yanaşı səfərbərlik toplanışına cəlb olunan hərbi vəzifəlilər də iştirak edir.

Bakıda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan və Türkiyə hərbi orkestrlərinin birgə konserti keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, tədbir Fəvvarələr meydanında təşkil olunub. Konsert proqramında Heydər Əliyev adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestrləri çıxış ediblər. Tədbir Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı səsləndirilib. Proqram çərçivəsində hərbi-vətənpərvərlik mahnıları, marşlar və tanınmış bəstəkarların əsərləri ifa olunub. Konsert şəhər sakinləri və paytaxtın qonaqları tərəfindən böyük maraqla izlənilib. Bayram tədbiri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və hərbi əməkdaşlığın növbəti nümunəsi kimi dəyərləndirilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər. Məlumata görə, müxtəlif bədən xəsarətləri alan Osmanov İlyas Coşqun oğluna dərhal ilk yardım göstərilib və o, yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Hərbi qulluqçunun vəziyyətinin stabil olduğu qeyd edilib.