Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Hindistan hökumətinin transmilli repressiyalarına dair beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

    13 Mart 2026 20:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hindistan hökumətinin transmilli repressiyalarına dair beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfransın iştirakçıları müxtəlif ölkələrdə fəaliyyət göstərən zikh icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və zikh diasporasının üzvlərinə qarşı yönəlmiş transmilli repressiya halları və tendensiyaları ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər.

    VOA Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, iştirakçılar, xarici ölkələrdə fəaliyyət göstərən zikh fərdləri və təşkilatlarına qarşı repressiya hallarının müxtəlif formaları — gizli müşahidə, qorxutma və təhdid, təqib və təzyiq, dezinformasiya kampaniyaları və zorakılıq aktları vasitəsilə həyata keçirildiyini əks etdirən sənədləşdirilmiş nümunələrin mövcudluğunu dərin narahatlıqla qeyd edirlər. Bu cür praktikalar sərhədlərdən kənarda həyata keçirildiyi zaman, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərini və diaspor icmalarının məskunlaşdığı dövlətlərin suverenliyini də əhəmiyyətli dərəcədə zəiflədir.

    İştirakçılar, habelə zikh fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra yayılan məlumatlar fonunda Hindistan Hökuməti tərəfindən zikh fəallarına qarşı təzyiq, qorxutma və digər təqib formalarının davam etdirildiyi barədə xəbərləri ciddi narahatlıqla qeyd edirlər. Bildirilir ki, bu cür hallar xüsusilə Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Kanada və Avstraliya ilə yanaşı, İtaliya, Belçika və Almaniya kimi bir sıra Avropa ölkələrində də müşahidə olunur. Sözügedən pozuntular zikh diaspor icmalarının təhlükəsizliyi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.

    Bakı Təşəbbüs Qrupu (BTQ) zikh xalqının fundamental hüquq və azadlıqlarını, eləcə də milli və mədəni kimliyini qorumaq istiqamətində apardığı legitim və hüquqa əsaslanan mübarizəyə dəstəyini bir daha təsdiq edir. Bununla yanaşı, Bakı Təşəbbüs Qrupu transmilli repressiya halları ilə bağlı məsələlərin beynəlxalq institutların gündəliyində prioritet mövzu kimi qaldırılmasının və bu cür fəaliyyətlərin müvafiq beynəlxalq nəzarət və araşdırma mexanizmləri çərçivəsində hərtərəfli şəkildə araşdırılmasının zəruriliyini vurğulayır.

    Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını (BMT), onun müvafiq insan hüquqları mexanizmlərini, eləcə də beynəlxalq ictimaiyyəti aşağıdakı tədbirləri görməyə çağırmışdır:

    Zikh fəalları və diaspor icmalarını hədəf alan transmilli repressiya halları ilə bağlı məlumatların sistemli şəkildə monitorinqini aparmaq və bu halların hərtərəfli araşdırılmasını təmin etmək;

    milli sərhədlərdən kənarda həyata keçirilən qorxutma, təhdid, təqib və ya zorakılıq halları ilə bağlı işlərdə hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsini təşviq etmək;

    diaspor icmaları, insan hüquqları müdafiəçiləri və siyasi fəallar üçün beynəlxalq müdafiə və təminat mexanizmlərini daha da gücləndirmək.

    Xüsusilə, BTQ və Sikh Federation International beynəlxalq ictimaiyyəti, eləcə də BMT və onun aidiyyəti qurumlarını, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasını, insan hüquqları müdafiəçiləri və azlıqlar üzrə BMT-nin xüsusi məruzəçilərini və digər beynəlxalq mexanizmləri zorakılıq aktlarını törədən şəxslərə qarşı konkret və təsirli addımlar atmağa çağırırlar. Bu əməliyyatların arxasında duran komanda və idarəetmə zəncirini aydınlaşdırmaq, beynəlxalq hüquq pozuntularını qiymətləndirmək və müvafiq hesabatlılıq və hücumların qarşısının alınması mexanizmlərini müəyyən etmək məqsədilə Hindistan hökumətinin hücumları ilə bağlı müstəqil araşdırmanın başlanması üçün BMT-yə çağırış edirlər.

    İştirakçılar, qeyd edilən məsələlərə diqqət çəkmək və Hindistandakı zikh və digər icmaların hüquqlarının təmin olunmasına töhfə vermək məqsədilə beynəlxalq forumlarda davamlı iştirak və əlaqələrin davam etdirilməsinə olan öhdəliklərini bir daha təsdiqləyirlər.

    Hindistan hökumətinin transmilli repressiyalarına dair beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    Hindistan hökumətinin transmilli repressiyalarına dair beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    #Zikh diasporasına qarşı repressiyalarla bağlı beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib #Beynəlxalq konfrans zikh icmasına qarşı təzyiqlərlə bağlı narahatlıq ifadə edib #Konfrans iştirakçıları BMT-ni transmilli repressiyaları araşdırmağa çağırıb #Zikh fəallarına qarşı təqiblər beynəlxalq müzakirə mövzusu olub #Bakı Təşəbbüs Qrupu zikh icmasının hüquqlarına dəstəyini bəyan edib #Zikh diasporasının təhlükəsizliyi beynəlxalq konfransda müzakirə edilib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Fələstinlə bağlı alternativ sxemlər: Rusiya indi nə etməyə çalışır?

    9 İyun 2026 17:57

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    8 İyun 2026 16:04
    XƏBƏR LENTİ

    Suriyada keçmiş rejim rəsmilərinin mühakiməsi hüquqi boşluqlarla üzləşir: Cəzasızlıq riski gündəmdədir

    Makedoniyalı İsgəndərin ölümündən 2349 il ötür: Dünyanın ən böyük imperiyalarından birini quran sərkərdənin sirli sonu

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.