Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb

    6 Yanvar 2026 22:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.

    AzerVoice xəbər verir ki, “RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.

    Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.

    Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.

    Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir.

    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Albaniya Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib

    10 İyun 2026 18:47

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    10 İyun 2026 11:56

    Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    8 İyun 2026 18:33

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    6 İyun 2026 11:30

    Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    5 İyun 2026 19:27

    Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    5 İyun 2026 19:21

    Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib

    5 İyun 2026 18:04

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

    5 İyun 2026 15:32

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    5 İyun 2026 13:20

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    5 İyun 2026 12:25

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    5 İyun 2026 12:20

    Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib

    5 İyun 2026 10:16
    XƏBƏR LENTİ

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    Cəmi 185 milyon barel xam neft Avropaya daşınıb

    Tramp: İran nüvə razılaşmasına çox yaxın idi

    İsrailin Livana hücumlarında ölənlərin sayı 3,696-a çatıb

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    Hörmüz boğazının bağlanması məsələsi hərbi yox, siyasi həll tələb edir

    İsrailin cənubi Livana hücumlarında 13 nəfər ölüb

    Məsud Pezeşkian: İran ləyaqətini qoruyaraq irəliləməlidir

    Trampın açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən necə qiymətləndiriləcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.