Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    XİN-dən 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

    20 Sentyabr 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    XİN-dən 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Xarici İşlər Nazirliyi 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.

    AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

    "Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.

    2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

    20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.

    Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni təmin edib.

    Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi. Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı rejimi təbrik etməsi, 9 sentyabr tarixində qondarma "prezident seçkiləri", eləcə də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.

    Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının alınması zəruri idi.

    Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq nümayiş etdirdi.

    2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏT Nazirlər Şurasının qərarı ilə ləğv edildi.

    Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir.

    Bu tarixi önəmli gündə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.

    Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!"

    #Azərbaycan XİN #Suverenlik #20 sentyabr – Dövlət Suverenliyi Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran Hörmüz boğazı üzərində suveren hüquqa malik olduğunu bildirib

    25 Avqust 2026 19:49

    Azərbaycan XİN zəlzələ ilə bağlı İndoneziyaya başsağlığı verib

    15 Avqust 2026 22:26

    Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

    30 İyul 2026 20:53

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    17 İyul 2026 21:40

    Birləşmiş Ərəb Əmirlikləri İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    9 İyul 2026 19:31

    ABŞ birtərəfli addımları ilə anlaşmanın şərtlərini pozub - İran XİN

    8 İyul 2026 22:21

    Küveyt İranın Bəhreynə hücumlarını pisləyib

    8 İyul 2026 18:04

    Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı

    7 İyul 2026 20:48

    Livan torpağının bir qarışından belə imtina etməyəcəyik - Cozef Aun

    2 İyul 2026 19:17

    Suriyanın ərazi bütövlüyünə sadiqik - Əhməd əş-Şəraa

    30 İyun 2026 20:49

    Atəşkəs mərhələli proseslə həyata keçiriləcək

    27 İyun 2026 21:24

    Avropa Komissiyası rəhbəri İsrail-Livan razılaşmasını alqışlayıb

    27 İyun 2026 18:58
    XƏBƏR LENTİ

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 19-a çatıb

    ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    ABŞ tezliklə Tehranın “yeni müharibə strategiyasını” görəcək - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.