Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN

    28 Noyabr 2023 15:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib.

    AzerPress xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

    "Avropa İnsan Haqları Məhkəməsi 17 oktyabr 2023-cü il tarixli son qərarında ("Hovhannisyan və Karapetyan Ermənistana qarşı işi") qeyd edib ki, Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyan və A. Sarkisyan 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırılıb və "Dağlıq Qarabağ silahlı qüvvələri"nin 36534 saylı hərbi hissəsinə göndəriliblər. 2010-cu ilin iyulunda onların hər ikisi daxili insident nəticəsində hərbçi yoldaşları tərəfindən öldürülüb. Öldürülən hərbçilərin valideynləri təzminat tələbi ilə Ermənistanı məhkəməyə verib.

    Məhkəmə daha sonra qeyd edib ki, "o, artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan "Dağlıq Qarabağ" və ətraf ərazilər üzərində effektiv nəzarəti həyata keçirir və buna görə də Azərbaycanda baş vermiş hadisələrlə bağlı şikayətlər həmin ərazi Konvensiyanın 1-ci maddəsinin məqsədləri üçün Ermənistanın yurisdiksiyasına daxil olub", - diplomat yazıb.

    E.Məmmədovun sözlərinə görə, Ermənistan Azərbaycanın o vaxtkı işğal olunmuş əraziləri üzərində heç bir nəzarəti və yurisdiksiyası olmadığını o məqsədlə bəyan edir ki, orada törədilən hər hansı qanunsuz hərəkətlərə görə dövlət məsuliyyətini inkar etsin.

    "Diplomatik dillə desək, AİHM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib", - nazir müavini vurğulayıb.

    Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın mövqeyini ifşa edib - XİN
    #Qarabağ #Ermənistan #Xarici İşlər Nazirliyi #Avropa İnsan Haqları Məhkəməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    29 Avqust 2026 13:05

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Robert Köçəryan həbs edildi

    27 Avqust 2026 09:15

    Ermənistanın sabiq prezidenti Robert Köçəryan saxlanılıb

    25 Avqust 2026 09:52

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    24 Avqust 2026 13:45

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.