Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    La Gazette du Caucase Vatikandan gələn həqiqətin erməni diasporunu necə silkələməsindən bəhs edib

    3 Avqust 2024 12:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    La Gazette du Caucase Vatikandan gələn həqiqətin erməni diasporunu necə silkələməsindən bəhs edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Fransanın La Gazette du Caucase onlayn qəzeti Vatikandan gələn həqiqətin erməni diasporunu necə silkələməsindən bəhs edən məqalə dərc edib.

    AzerVoice-un məlumatına görə, məqalədə qeyd olunur ki, bir neçə gün əvvəl Müqəddəs Taxt-Tacın yeganə rəsmi mətbuat orqanı olan “L’Osservatore Romano” qəzetində "Xristianlığın köklərində. Azərbaycanda Alban Apostol Kilsəsinin izində. Qədim Qafqaz Albaniyasına səyahət" sərlövhəli məqalə dərc edilib.

    "Məqalə maraqlı, faktlarla doludur və müasir Azərbaycan ərazisində yerləşən qədim kəndli dövlətindən - Qafqaz Albaniyasından bəhs edir. Bu dövlətdən qədim kilsələr, monastırlar, məbədlər miras qalıb. Qarabağdakı qədim məbədlər və monastırlar ermənilərə yox, məhz albanlara məxsusdur. XIX əsrin ikinci yarısında Çar Rusiyası etnik erməniləri Osmanlı İmperiyası və İrandan kütləvi şəkildə Qarabağ və İrəvan xanlıqları torpaqlarına köçürdükdən sonra burada tikilmiş məbədlər istisnadır.

    Elmi ictimaiyyət bu məqaləni başa düşülən diqqətlə qarşıladı. Qafqaz Albaniyasının tarixinə dair materiallar mətbuatda istədiyimiz qədər dərc olunmur. Üstəlik, xatırladaq ki, "L'Osservatore Romano" Vatikanın əsas mətbu orqanıdır. Müasir Azərbaycan ərazisində eramızın əvvəlində hansı xristian dövlətinin yerləşdiyini isə Vatikan çox gözəl bilir. Bundan başqa, Vatikanın ən zəngin arxivlərində bununla bağlı tarixi sənədlər yetərincə çoxdur", - müəllif yazır.

    Məqalədə vurğulanır ki, bir çoxları bu barədə danışmağı sevməsə də, Cənubi Qafqazı özünə birləşdirən Rusiya imperiyası Alban kilsəsinin əmlakını erməni ruhanilərinə verib.

    "Alban kilsəsinin qədim arxivləri sadəcə yandırıldı. Olsun, tarixçilərin də yaxşı bildiyi kimi, hər şeyi məhv etmək mümkün deyil. Öz arxivinizi öyrənə bilərsiniz, lakin sizə sərf etməyən sübutlar başqalarında qalacaq. Bu gün "L'Osservatore Romano" öz auditoriyası üçün tarixi həqiqətə girişi bərpa edir. Əlbəttə ki, elmi faktlarla və arqumentlərlə zəngin olan bu cür məqalə Fransa mətbuatında dərc oluna bilərdi. Erməni diasporuna qarşı çıxmaqdan ən çox burada qorxurlar.

    Ermənilər arasında isə reaksiya olduqca gözlənilməz oldu. Misal üçün, "Ermənistan Avropa Partiyası"nın rəhbəri Tiqran Xzmalyan "L'Osservatore Romano"nun Qarabağ ermənilərinin xristian irsi haqqında ciddi araşdırma yazmasını arzu etməklə yanaşı, Qafqaz Albaniyası haqqında məqalə dərc etdiyini də bildirib", - məqalədə deyilir.

    Müəllif qeyd edir ki, Qafqaz Albaniyası haqqında istənilən məlumata erməni mühitində olduqca əsəbi reaksiya verilir.

    "Bunun səbəbini anlamaq olar. "Qədim erməni kilsələri və monastırları" Ermənistanın Azərbaycan Qarabağına qarşı ərazi iddialarına haqq qazandırmaq üçün bəlkə də əsas arqumentdir. Düzünü desək, tanınmış sərhədlərin və beynəlxalq hüququn mövcud olduğu dünyada "bu, 1000 il əvvəl bizə məxsus idi!" üslubunda arqumentlər təyinatın üzrə işləyə bilməz. Bu cür boş əsasla Almaniya Elzas və Lotaringiyaya, Böyük Britaniya Bretana iddia edə bilər, İspaniyanın cənubunu keçmiş Kordova xilafətinə, məsələn, Mərakeşə vermək lazımdır, İtaliyaya keçmiş Roma İmperiyasının bütün ərazisinə iddia edə bilər...

    Lakin gəlin, realist olaq, Azərbaycanın Qarabağı ilə bağlı dünya ictimaiyyəti çox uzun müddət tanınmış sərhədləri və hətta BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnaməsini görməəzdən gəlməyi seçdi. İndi Qarabağın qədim xristian kilsələri və monastırlarının heç də ermənilərə məxsus olmadığı üzə çıxırsa, o zaman İrəvan "danışan təbəqəsi"nin narahatçılığı üçün əsas var. Xüsusən Qafqaz Albaniyasından "L’Osservatore Romano" yazırsa. Üstəlik Ermənistanın Qarabağa qarşı iddiaları heç də gündəmdən düşməyib. Sosial şəbəkələrdə yazılanlarla tanış olmaq kifayətdir, misal üçün, Aram Qabrelyanov yazır: “Mən həmişə deyirəm ki, Ermənistan və "Artsax"ın öz torpaqlarını geri qaytarmaq şansı hələ də olacaq. Türkiyə-İsrail münaqişəsi hələ başlanğıcdır. Şans olacaq və ondan istifadə etmək lazımdır. Lakin Paşinyan və onun kamarilyasının rəhbərliyi altında vətən xainləri ilə heç bir şans yoxdur. Əvvəlcə Paşinyanı çıxarmaq, sonra isə "Artsax"ı qaytarmaq lazımdır!!!". Bu personajın "qovmağa" çağırdığı Paşinyan isə konstitusiya islahatlarını hər vəchlə ləngidir və Ermənistan konstitusiyasından Azərbaycanın Qarabağına qarşı iddiaları çıxarmır", - materialda deyilir.

    Müəllifin sözlərinə görə, bütün bu təcavüzkar siyasətdə "Böyük Ermənistan" haqqında nəzəriyyələrlə baş-ayaq çevrilmiş tarixşünaslıq, qonşu dövlətlərin ərazilərini "tarixi erməni torpaqları" elan etmək və s. mühüm rol oynayır.

    "Təbii ki, Ermənistanın özünün informasiya və elmi məkanını nəzarət altında saxlamaq, görünü revanşistlər üçün çətin deyil. Ancaq eynisini Vatikan mətbuatı ilə eyni şeyi etmək daha çətin işdir. Nəticədə cənab Xzmalyan hiddətlənir: buna necə yolverildi? Niyə bunun qarşısı alınmadı?! Hara baxırdılar?!! Maraqlıdır, lakin əslində, xzmalyan bəylər əmindirlər ki, bütün dünya mətbuatında öz senzuralarını qura, tarixi faktları diz çökdürə, üzr istəyirəm, bilərlər! Tarixi faktlar nə edə bilər, boşuna iddia edə bilərlər ki, Azərbaycan, Gürcüstan, Türkiyə, İran ərazilərinin böyük bir hissəsi Ermənistana məxsus olmalıdır!

    Bu cənabları kədərləndirsə də, arxiv sənədləri və elm tərəfindən tanınmış tarixi faktlar əsasında məlumatları Fransa və digər ölkələrin ictimaiyyətinə təqdim etməyə davam edəcəyik. Hamı da bununla barışmalı olacaq", - məqalədə deyilir.

    La Gazette du Caucase Vatikandan gələn həqiqətin erməni diasporunu necə silkələməsindən bəhs edib
    #Azərbaycan #Ermənistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47
    XƏBƏR LENTİ

    Əfsanə elektrik mühərriki ilə qayıdır: Yeni Mitsubishi Eclipse Sportback EV

    Tarixdə bu gün - 11 İyun

    Trampın iddiaları rəsmi sənədlərlə təsdiqlənibmi?

    Makron: Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ G7 sammitinə dəvət olunub

    Tramp: Müharibə bitdikdən sonra bazar stabilləşəcək

    Hindistan ABŞ‑ın dəniz hücumuna görə səfirini geri çağırdı

    Məsud Pezeşkian: İran hər hansı təzyiq və təhdid qarşısında möhkəm dayanacaq

    Tramp administrasiyası İranla bağlı yeni sanksiyalar tətbiq edib

    Brent xam neftinin qiyməti 92,43 dollar olub

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.