Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb

    26 İyun 2024 12:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, VOA

    Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı iyunun 24-25-də Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş ATƏT-in "Dözümlülük, qeyri ayrı-seçkilik və gender bərabərliyi" mövzusunda insan hüquqları üzrə üçüncü əlavə iclasında iştirak edib.

    Bu barədə VOA -ə Qərbi Azərbaycan İcmasından məlumat verilib.

    Bildirilib ki, M.İbrahimqızı tədbirdə Qərbi Azərbaycan İcması adından çıxış edib. O, öz çıxışında Qərbi Azərbaycan İcması, onun gündəliyi, Ermənistandan azərbaycanlıların qovulması haqqında ətraflı məlumat verərək, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə və Qərbi azərbaycanlıların öz evlərinə qayıtmasına imkan verilməməsinin dözümsüzlük və ayrı-seçkilik olduğunu bildirib.

    Qadınlar Şurasının sədri Qərbi Azərbaycan İcmasının dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini, İcmanın əsas missiyasının Qərbi azərbaycanlıların qayıdış hüququ kimi təməl insan hüququnun təşviqi olduğunu vurğulayıb.

    Qeyd edək ki, ATƏT-in Fəaliyyətdə olan Sədri və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunmuş və ATƏT-in iştirakçı dövlətlərinin rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi bu tədbir insan hüquqlarının təşviqi məsələsinə həsr olunub.

    #Milli Məclis #ATƏT #Qərbi Azərbaycan İcması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19

    Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

    10 İyul 2026 18:55

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20

    ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

    4 İyul 2026 18:44
    XƏBƏR LENTİ

    Səudiyyənin "Kayanee" brendi "Abaya City Coat" modelini satışa çıxarıb

    Rusiya rəqəmsal rublun dövriyyəsinə başlayır

    Səudiyyə Ərəbistanı süni intellekt sahəsində liderliyə can atır

    Səudiyyə Kosmik Agentliyindən 2026–2030-cu illər üzrə astronomik proqnoz

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.