Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib

    4 İyun 2024 12:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    İyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilib.

    Nazirlər Kabinetindən AzerVoice verilən xəbərə görə, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qonaq qismində iştirak edib.

    İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələri mövcuddur.

    “Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və Belarus Prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər, Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib”, - deyə Baş nazir bildirib.

    Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrinin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı münasibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm ikitərəfli müqavilə-hüquq bazası yaradılıb.

    İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin prioritet istiqaməti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin yekunlarına görə Azərbaycanın Aİİ üzrə tərəfdaşlarla ticarət dövriyyəsi təxminən 9% artıb.

    Bildirilib ki, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün hökumətlərin xətti üzrə ikitərəfli formatda iqtisadi-ticari əməkdaşlığın hələ istifadə olunmamış potensialının həyata keçirilməsi üçün müxtəlif variantlar işlənib hazırlanır.

    Qarşılıqlı investisiya fəaliyyətinin müsbət dinamikasına diqqət çəkən Baş nazir qeyd edib ki, gündəmdə uzunmüddətli perspektivə yönəlmiş bir sıra yeni ikitərəfli investisiya layihələri var. Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığa toxunan Ə.Əsədov vurğulayıb ki, bu gün Azərbaycanın səyləri ölkənin tranzit potensialının gücləndirilməsinə və onun ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yük axınının artırılmasına yönəlib.

    Etibarlı və müasir nəqliyyat infrastrukturu sayəsində Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin (BND), xüsusilə Şimal-Cənub və Şərq-Qərb BND-lərin inkişafına öz töhfəsini verir.

    Yaşıl enerji sahəsində əməkdaşlığın və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizənin aktuallığını vurğulayan Baş nazir, iclas iştirakçılarına Azərbaycanın bərpa olunan enerji resursları sahəsində uğurla həyata keçirdiyi layihələr barədə məlumat verib.

    Qeyd olunub ki, Azərbaycan Aİİ üzrə tərəfdaşlarla regional və beynəlxalq təşkilatlar çərçivəsində də çoxtərəfli formatda əməkdaşlıq edir.

    “Hesab edirəm ki, ölkələrimizin üzv olduğu və geniş spektrli istiqamətlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərdiyi Müstəqil Dövlətlər Birliyi platformasını qeyd etmək yerinə düşər”, - Ə.Əsədov əlavə edib.

    Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
    Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
    #Azərbaycan #Baş nazir Əli Əsədov #Nazirlər Kabineti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Medianın İnkişafı Agentliyi “Ajmedia.news” saytının fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb

    29 Avqust 2026 20:54

    Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib

    28 Avqust 2026 19:37
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.