Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və İran arasında 131 milyon dollar xərclənmiş layihənin icrası müzakirə edilib

    30 May 2024 10:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və İran arasında 131 milyon dollar xərclənmiş layihənin icrası müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Azərbaycan və İran arasında əldə olunan razılaşmaların icrasının vacibliyi vurğulanıb.

    AzerVoice-in məlumatına görə, bu haqda İranın Azərbaycandakı Səfirliyinin “Telegram” kanalında paylaşım edilib.

    Bildirilib ki, ötən gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.

    Telefon danışığında Azərbaycan baş nazirinin müavini İran prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar İran tərəfinə başsağlığı verib.

    Telefon söhbətində İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş İran prezidentinin ölümü ilə əlaqədar Azərbaycanın yüksək rəsmilərinin İranın Azərbaycandakı səfirliyində, eləcə də, Tehranda İran Prezidenti ilə vida mərasimində iştirak etdiyinə görə öz təşəkkürünü bildirib.

    İranlı rəsmi Azərbaycanı 28 May – Müstəqilli Günü münasibəti ilə təbrik edib.

    Qeyd edək ki, İran və Azərbaycan arasında “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı ilə bağlı tədbir keçirilib.

    İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına 5,5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsait xərclənib. Bu su bəndi ildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyard kubmetr İran üçün) suyu tənzimləyəcək.

    Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

    Azərbaycan və İran arasında 131 milyon dollar xərclənmiş layihənin icrası müzakirə edilib
    #İran #Azərbaycan #XİN
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İrana hücum üçün istifadə olunan bazalar legitim hədəflərdir - Əraqçi

    5 İyun 2026 14:58

    İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA

    5 İyun 2026 14:30

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    5 İyun 2026 13:38

    Azərbaycanda cərimə balları artırıla bilər

    5 İyun 2026 11:50

    BAEA İran nüvə obyektlərini yoxlaya bilmir

    5 İyun 2026 11:45

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44

    Riçard Nil: İranla müharibə amerikalı ailələrə baha başa gəlir

    4 İyun 2026 22:27

    CENTCOM blokada barədə açıqlama verib

    4 İyun 2026 21:14

    ABŞ Prezidenti səsverməni “vətəndaşlıq əleyhinə” adlandırıb

    4 İyun 2026 20:37

    İran Küveyt və Bəhreynə zərbələrlə “tarazlığı” təmin etməyə çalışır

    4 İyun 2026 20:32

    İranın İnqilabi Qvardiyası İsrailin Livandan çıxmaması halında bölgədə sülhün mümkün olmayacağını bildirib

    4 İyun 2026 19:41
    XƏBƏR LENTİ

    Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatında qazandığı qələbə münasibətilə Azərbaycan futzal milli komandasını təbrik edib

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

    İrana hücum üçün istifadə olunan bazalar legitim hədəflərdir - Əraqçi

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    İran və Pakistanın daxili işlər nazirləri görüşüb - Son gərginliklər fonunda nələr müzakirə olunub?

    Rohingiya müsəlmanlarının problemlərinin həlli üçün Ankara fəal əməkdaşlıq aparır - Hakan Fidan

    BMT Liviyada miqrantların yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.