Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bakıdan Dəməşqə üç mesaj çatdırılıb

    4 Yanvar 2025 12:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakıdan Dəməşqə üç mesaj çatdırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Azərbaycan Suriya ilə əlaqələrində yeni səhifə açır.

    AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bunu Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev bildirib.

    “Əsəd rejimi ilə əlaqələrin kəsilməsindən sonra iki ölkə qarşılıqlı ikili əlaqələrində yeni fəsil açdıq.Eyni zamanda suiryalılar üçündə hal hazlrda yeni hökümətin idarıçiliyi altında bir mərhələ və yeni bir fəsil açıldı”-deyə Rəfiyev bildirib.

    Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır -Prezident İlham Əliyev

    Nazir müavini bildirib ki, yeni keçid höküməti Suriyanın gələcəyi üçün çox emidvericidir.

    Rəfiyev Dəməşqdə Suriyanın yeni XİN rəhbəri Əssad Həsən Əş-Şibani ilə görüşünün təfərrüatları haqda da danışıb.

    “Şibani ilə görüş olduqca maraqlı idi. Əlaqələrimizin 12 ildən sonra bərpasına hər ikimiz də çox şad idik. Bu görüş bizim üçün diplomatlar və rəsmilərlə ikili əlaqlərimizin gələcəyini müzakirə etəyə imkan yaratdı”-deyə nazir müavini qeyd edib.

    Bakıdan Suriyaya üç mesaj

    Rəfiyev Bakının Suriyaya üç əsas messajı çatdırdığını qeyd edib.

    “Yeni Suriya hökümətinə üç əsas mesajımız var idi: Birincisi o idi ki, bu gün bizim əlaqələrimizin yüksək mərhələyə çatdırılması üçün olduqca vacib fürsət yaranıb. İkincisi , biz on iki ildən sonra Dəməşqdə səfirliyimizi açmağa hazırıq. Üçüncüsü isə Azərbaycan Suriya hökümətinə və xalqına ölkənin bərpa edilməsində köməklik göstərməyə hazırdır.”-deyə o bildirib.

    Nazir müavini onu da qeyd edib ki, eyni zamanda Azərbaycan Suriya xalqının qarşılaşdığı humanitar böhranı bildiyi üçün onlara humanitar yardım iki yüz tonluq humanitar yardım göndərib.

    “Azərbaycan Respublikasının Prezidentinin göstərişinə müvafiq olaraq Suriyada humanitar vəziyyətdən əziyyət çəkən əhaliyə yardım məqsədilə Azərbaycan Respublikasının hökumətinin adından Suriya Ərəb Respublikasına müvafiq humanitar yardım konvoyunun göndərilməsi nəzərdə tutulub. Bu konvoy ümumilikdə 200 tona yaxın qida və ərzaq məhsullarını əhətə edir. Konvoyun Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə üzərindən keçməklə Çobanbəy keçid məntəqəsində Suriyaya və Suriya üzərindən İdlib şəhərinə çatdırılması nəzərdə tutulub. Bu yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyanın İdlib şəhərində ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”-Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

    Rəfiyev onu da bildirib ki, hal-hazırda bu humanitar yardım yoldadır.

    “Eyni zamanda bütün bunlarla yanaşı biz Suriyanın inşasına da hazırıq.Azərbaycan otuz il işğal altında qalan ərazilərini azad etdikdən sonra bu əraziləri bərpa etmək təcrübəsinə sahib olan bir dövlət kimi Suriyada da dağıntıların bərpasına və ölkənin inşasına yardım edə bilər”-deyə o qedy edib.

    Aparıcının “Bütün bunların müqabilində Azərbaycan yeni Suriya hökümətindən nə gözləyir?” sualına Rəfiyev :“Biz Suriya hökümətindən müsbət mesajlar almaqdayıq. Bu mesajlardan ən önəmlisi isə, qonşularla dostluq münasibəti haqqında verilən mesajlardır. Mən cənab Şibani ilə görüşümdə də bu haqda açıqlamalar aldım. Yeni Suriya höküməti deyib ki, Yaxın Şərqdə, regionda sülh istəyir, xalqının rifahına çalışır və qonşu dövlətlərin heç biri ilə problem istəmir və eyni zamanda qonşu dövlətlərin müdaxiləsinə və ya sərt cavabına səbəb olacaq hər hansı bir şeyin olmasını istəmir. Təbii ki, bütün bu mesajlar, beynəlxalq ictimaiyyətin və Azərbaycanın eşitmək istədiyi mesajlardır. Bizim gözləntilərimizə gəlincə, Azərbaycan və Suriya əlaqələrinin bərpa edilməsinə səbəb olan yeni Suriya hökümətindən məmnunuq. Görüş zamanı, Suriya hökümətinin də Azərbaycanla əlaqələrini bərpa etməkdə olduqca maraqlı olduğunu gördüm. Mən əminəm ki, hər iki tərəf əlaqələrin daha da güclənməsi üçün əlindən gələni edəcək və Suriya beynəlxalq platformalarda bir-birinə lazımi dəstəyi göstərəcək.”-deyə bildirib.

    Müsahibəsində Rəfiyev, beynəlxaq ictimaiyyətin yeni Suriya hökümətinə münasibəti, eləcə də ölkə qarşısında olan təhdidlər haqqında da danışıb.

    AzerVoice Yalçın Rəfiyevin müsahibəsini təqdim edir.

    #Azərbaycan #Suriya #Yalçın Rəfiyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.