Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib

    1 Noyabr 2024 10:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqust ayında Azərbaycana dövlət səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Rusiyaya iki səfərinin ölkələrimiz arasında münasibətlərin dinamikasına müsbət təsirləri vurğulanıb.

    Söhbət zamanı ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı qeyd edilib. Tərəflər qarşıdakı dövrdə də bu istiqamətdə əlaqələrin uğurla davam edəcəyinə inamlarını ifadə ediblər.

    Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıqla bağlı görülən işlər barədə də söhbət açılıb. Rusiya Federasiyasının həm COP29, həm də COP29 çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcəyi bildirilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.

    Söhbət zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, AP-nin bu addımları parlamentarizm ruhuna uyğun deyil və ölkəmiz Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnamələrini qəti şəkildə rədd edir . O, parlamentlər arasında əlaqələrdə obyektiv fikirlərin, dialoqun əhəmiyyətini qeyd edib.

    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib
    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib
    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib
    Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər tənqid edilib
    #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

    21 May 2026 21:49

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

    14 May 2026 18:41

    Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

    14 May 2026 09:48

    Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

    7 May 2026 19:09

    Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlər qəbuledilməzdir – Sahibə Qafarova

    1 May 2026 11:12

    Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

    22 Aprel 2026 19:01

    Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

    21 Aprel 2026 19:23

    Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

    17 Aprel 2026 17:38

    Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər

    17 Aprel 2026 14:45

    Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin genişləndirilməsi gündəmdədir

    17 Aprel 2026 09:51

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib

    16 Aprel 2026 22:49
    XƏBƏR LENTİ

    Vatikanın yaranmasından 97 il ötür

    300 at güclü hibrid kupe: Yeni Toyota GR86 nələr vəd edir?

    Osmanlı-Məmlük rəqabətinin başlanğıcı və Əmir Teymur təhlükəsi

    Tarixdə bu gün - 7 İyun

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    1701 saylı qətnamənin əhəmiyyəti nədir?

    Hindistanda “Tarakanlar Partiyası”nın tərəfdarları ilk böyük etiraz aksiyasını keçirib

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    “Rosneft” rəhbəri:ABŞ şirkətləri Hörmüz böhranından qazanc götürür

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.