Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    İsrail ordusu Qəzzanın cənubuna hava zərbələri endirib

    11 May 2025 13:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail ordusu Qəzzanın cənubuna hava zərbələri endirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bu gün İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin müxtəlif bölgələrində məcburi köçkünlərin düşərgələrinə hava zərbələri endirib.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin mətbuatı məlumat yayıb.

    Məlumata görə, hava zərbələri nəticəsində 4-ü uşaq olmaqla 10 fələstinli həlak olub.

    Digər bir hücumda isə İsrailin pilotsuz uçuş aparatı (PUA) Xan Yunisin şimalındakı Əl-Mavasi bölgəsində başqa bir köçkün çadırını vurub. Bu hücum da bir ailənin – ata, ana və iki uşağın həlak olması ilə nəticələnib.

    Eyni zamanda Xan Yunisin cənubundakı 19-cu quyu bölgəsi yaxınlığında yerləşən çadırın bombalanması nəticəsində bir yeniyetmə həlak olub. Şimal-qərbdəki Əl-Qarara bölgəsində “Sərhədsiz Həkimlər” təşkilatının qərargahı yaxınlığında bir velosipedə endirilən hücum isə başqa bir fələstinlinin ölümünə səbəb olub.

    Mənbələrin məlumatına görə, İsrail artilleriyası Xan Yunisin şərqində yerləşən Əbəsan əl-Kəbirə qəsəbəsini də hədəf alıb və bu, İsrail ordunun zirehli texnikasından həyata keçirdiyi intensiv atəşlərlə müşayiət olunub.

    #Fələstin #Qəzza zolağı #hava hücumu #İsrailin hava zərbələri #Xan Yunis #hava zərbələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Britaniya məhkəməsindən “Palestine Action” fəalları ilə bağlı mühüm qərar

    21 Avqust 2026 18:57

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Almaniya İsrailin İordan çayının qərb sahilində mindən çox ev tikmək planını pisləyib

    19 Avqust 2026 21:42

    Ramallah yaxınlığındakı fələstin kəndinin torpaqlarının 98 faizi müsadirə edilib

    19 Avqust 2026 19:44

    İordan vadisində 300-dən çox fələstinli köçürülmə təhlükəsi ilə üzləşib

    19 Avqust 2026 19:08

    HƏMAS Qəzza şəhərində polis qərargahına zərbəni “yeni hərbi cinayət” adlandırıb

    19 Avqust 2026 19:04

    Qəzza şəhərinə hücumda ölənlərin sayı 9-a çatıb

    19 Avqust 2026 17:23
    XƏBƏR LENTİ

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır - Hikmət Hacıyev

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Ümummilli Lider Heydər Əliyevin memorial kompleksinin önünə gül dəstələri qoyublar

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb

    Osmanlının ilk konstitusiyası: Dövlət idarəçiliyini dəyişən tarixi qanunlar

    Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistana dövlət səfərinə gəliblər

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    Qətərin tikinti sektoru 2027-ci ildə 6.7% böyüyəcək

    Zərgərlik ev Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.