Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Qəzzada kəskin ərzaq çatışmazlığı fəlakətə səbəb olur - BMT

    2 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada kəskin ərzaq çatışmazlığı fəlakətə səbəb olur - BMT
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin martın 2-dən humanitar yardım üçün sərhəd qapılarını tamamilə bağlaması Qəzza zolağında aclıq təhlükəsini artırıb.

    AzerVoice xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən dəstəklənən çörək zavodları un və dizel ehtiyatlarının tükənməsi səbəbindən fəaliyyətini dayandırıb. Çörəkxanaların bağlanması WFP-in Qəzzada ərzaq ehtiyatlarının azalması səbəbindən minlərlə fələstinlinin kəskin aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyi barədə xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.

    Qəzza zolağında fəaliyyət göstərən 25 çörəkbişirmə müəssisəsi, WFP-nin dəstəyi ilə 23-24 orta ölçülü çörəkdən ibarət 2 kiloqramlıq bağlamalar təqdim edirdi. Lakin sərhədlərin bağlı qalması səbəbindən un, şəkər, duz, maya və dizel kimi əsas ehtiyatlar tükənib.

    Qeyd edək ki, Qəzzada əhalinin 70 faizi məhz bu çörəkdən istifadə edirdi. Üstəlik, istehsal olunan çörəyin 30 faizi qaçqın düşərgələrində pulsuz paylanırdı.

    BMT rəsmiləri xəbərdarlıq edirlər ki, sərhəd qapıları açılmasa, Qəzzada kəskin qida böhranı yaşanacaq. Fələstinli sakinlər isə beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını humanitar fəlakətin qarşısını almaq üçün təcili addımlar atmağa çağırırlar.

    #Qəzza zolağı #BMT Ümumdünya Ərzaq Proqramı #Qəzzada humanitar böhran #Fələstin humanitar yardımı #İsrailin Qəzzəyə hücumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    17 Avqust 2026 18:17

    İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

    17 Avqust 2026 12:04

    Trampın xüsusi nümayəndəsi HƏMAS lideri ilə görüşüb

    17 Avqust 2026 10:55

    HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib

    16 Avqust 2026 18:13

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    15 Avqust 2026 18:02

    Trampın Qəzza üzrə tərksilah planı: Tərəflərin şərtləri və icra maneələri nədir?

    14 Avqust 2026 10:03

    “Hizbullah” tərksilah edilmədən İsrail Livandan çəkilməyəcək - Kats

    13 Avqust 2026 19:00

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsini qəbul etməyib

    9 Avqust 2026 18:30

    Əfqanıstanda uşaq ölümləri artır - BMT

    5 Avqust 2026 09:39

    Netanyahu şəbəkəsi sülhü dəstəkləyənləri sabotaj edir - Ömər Çelik

    3 Avqust 2026 15:38

    Səudiyyə Ərəbistanı Qəzza ilə bağlı tarixi razılaşmanı dəstəklədi

    1 Avqust 2026 11:51
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.