Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar / Digər şəxsiyyətlər
    Digər şəxsiyyətlər

    Türkan Akyol kimdir?

    1 May 2023 07:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkan Akyol kimdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Türkiyənin ilk qadın naziri Türkan Akyol 1928-ci il oktyabrın 12-də İstanbulda anadan olub. Orta təhsilini İstanbulda Erenköy Qız Liseyində tamamlayan T. Akyol ali təhsilini Ankara Universiteti Tibb Fakültəsində davam etdirib.

    1953-cü ildə Tibb Fakültəsini bitirdikdən sonra ilk olaraq həmin fakültənin Döş qəfəsi xəstəlikləri kafedrasında assistent olaraq işləməyə başlayan Akyol 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi dərəcələrini alıb.

    O, Fransa və Hollandiyada işləmək üçün təqaüd qazandıqdan sonra 1959-1962-ci illərdə Nyu Yorkdakı Albert Eynşteyn Tibb Kollecində tənəffüs fiziologiyası ilə yaxından maraqlanıb.

    T. Akyolun Türkiyədə on minlərlə həkim və mütəxəssisin yetişməsində böyük rolu olub.

    Onun Ankara Universitetində akademik fəaliyyətlərlə yanaşı, siyasətdə də mühüm rolu olub. Belə ki, o, 1971-ci il martın 26-da Türkiyənin ilk qadın naziri seçilib. Səhiyyə və Sosial Yardım Naziri vəzifəsinə təyin edilən Akyol 13 dekabr 1971-ci ildə tutduğu vəzifədən istefa verib.

    O, 1980-ci ildə Ankara Universitetinə təyin edilən ilk qadın rektor olub və 1982-ci ilə qədər bu vəzifədə çalışıb.

    T. Akyol 1987-ci ildə keçirilən millətvəkili seçkilərində İzmirin millətvəkili seçilir və daha sonra yenidən akademik fəaliyyətə qayıdır.

    Ankara Universitetinin ilk qadın rektoru, Türkiyənin ilk qadın naziri Akyol 2017-ci il sentyabrın 7-də 89 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

    #Türkan Akyol kimdir? #Türkan Akyol #Türkiyənin ilk qadın naziri #Erenköy Qız #Ankara Universiteti Tibb Fakültəsi #Səhiyyə və Sosial Yardım Naziri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampdan əl çəkməyən qadın - Natali Harp kimdir?

    19 Avqust 2026 11:15

    Tomas Edvard Lourens kimdir?

    17 Sentyabr 2024 13:16

    Hasan Kundakçı kimdir?

    7 Avqust 2023 08:49

    Akif Çağatay Kılıç kimdir?

    6 İyul 2023 07:58

    İbrahim Kalın kimdir?

    4 İyun 2023 07:52

    Türkan Akyol kimdir?

    1 May 2023 07:13
    XƏBƏR LENTİ

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.