Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Danimarkada zooparkın ev heyvanlarını yırtıcılara yem etmək qərarı mübahisə yaradıb

    9 Avqust 2025 13:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Danimarkada zooparkın ev heyvanlarını yırtıcılara yem etmək qərarı mübahisə yaradıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Danimarkanın şimalında yerləşən Aalborg zooparkı qeyri-adi və birmənalı qarşılanmayan yeni təcrübəyə başlayır.

    AzerVoice xəbər verir ki, Zoopark rəhbərliyi evdə artıq saxlanılmaq istənilməyən bəzi heyvanların yırtıcılara yem kimi istifadə ediləcəyini açıqlayıb.

    Zooparkın sosial şəbəkələrdə paylaşdığı açıqlamada bildirilib ki, bu yanaşma yırtıcı heyvanların təbii davranış instinktlərinin qorunmasına xidmət edir. Paylaşımda vaşaq (lynx) kimi yırtıcıların şəkli ilə yanaşı “Cücələr, dovşanlar və qvineya donuzları yırtıcılarımızın qidalanmasında mühüm rol oynayır” ifadəsi yer alıb.

    Verilən məlumata görə, zooparka hədiyyə edilən ev heyvanları yırtıcılara təqdim olunmazdan əvvəl təlim keçmiş əməkdaşlar tərəfindən “yumşaq anesteziya” olunacaq. Bu, həm heyvanın stress yaşamaması, həm də prosesin daha human şəkildə həyata keçirilməsi məqsədi daşıyır.

    Zooparkın bu qərarı sosial mediada və heyvan hüquqları müdafiəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri bunu yırtıcıların rifahı üçün təbii bir yanaşma kimi qiymətləndirsə də, digərləri ev heyvanlarının bu şəkildə istifadə edilməsini etik baxımdan qəbuledilməz hesab edir.

    Aalborg zooparkı isə mövqeyində israrlıdır: bu yanaşma həm heyvanların rifahını, həm də təbii davranış modellərinin davamlılığını təmin edir.

    #Danimarka
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Danimarka tankerinin marşrutu husilərin xəbərdarlığından sonra dəyişdirilib

    24 İyul 2026 18:09

    Danimarkanın Baş naziri Ankarada Qrenlandiya ilə bağlı açıqlama verib

    8 İyul 2026 13:21

    Danimarka Qrenlandiya ilə bağlı mövqeyini bir daha açıqladı

    7 İyul 2026 20:48

    Norveç Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayıracaq

    7 İyul 2026 19:51

    Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

    19 İyun 2026 03:00

    Xarici işlər nazirləri Livanda gərginliyin artmasına dərin narahatlıq bildirib

    5 İyun 2026 22:18

    Tramp Qrenlandiyaya "xəstəxana gəmisi" göndərir: Danimarka tərəfi təşəbbüsü lağa qoyur

    23 Fevral 2026 18:16

    Danimarka kralı Trampın bəyanatları fonunda Qrenlandiyaya səfər edib

    19 Fevral 2026 12:25

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Qrenlandiya danışıqları fonunda Danimarkanın “dərman kartı” - Novo Nordisk ABŞ qarşısında nə qədər güclüdür?

    3 Fevral 2026 10:23

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    27 Yanvar 2026 21:33
    XƏBƏR LENTİ

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.