Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Starlink İranda ödənişsiz elan edildi

    14 Yanvar 2026 20:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Starlink İranda ödənişsiz elan edildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Amerikalı milyarder İlon Maska məxsus Space X şirkəti İranda peyk internet xidməti Starlink üçün abunə haqqını ləğv edib. Qərar İran hakimiyyətinin ölkə üzrə interneti tam bloklamasından sonra qəbul olunub.

    AzerVoice xəbər verir ki, bu barədə məlumatı Holistic Resilience təşkilatının icraçı direktoru Əhməd Əhmədianın açıqlamasına bildirib. O Starlink xidmətinin İranda hazırda ödənişsiz olduğunu təsdiqləyib.

    İranda Starlink qəbuledicilərinin istifadəsi rəsmi şəkildə qadağandır. Buna baxmayaraq, fəallar yüksək riskə baxmayaraq avadanlıqları qaçaq yollarla ölkəyə keçirirlər. Əhmədianın qiymətləndirməsinə görə, hazırda İranda 50 mindən çox Starlink qurğusu mövcuddur.

    Qeyri-leqal tədarükün xüsusilə 2022-ci ildən sonra artdığı bildirilir. Həmin dövrdə ABŞ-ın keçmiş prezidenti Co Bayden Amerika şirkətlərinə iranlılara rabitə vasitələri təqdim etmək üçün sanksiyalardan istisna tanımış, bundan sonra İlon Mask Starlink peyk şəbəkəsini İran üzərində aktivləşdirmişdi.

    Əhmədianın sözlərinə görə, etirazların ilk günlərindən ölkənin müxtəlif bölgələrindən videolar yayılmağa başlayıb.

    “İnsanlar Starlink ötürmə qabiliyyətini bölüşmək üçün üsullar tapır, İran xaricindəki ailə üzvləri ilə əlaqə qurmağa imkan verən sistemlər yaradırdılar.”

    Hüquq-müdafiə təşkilatları bildirir ki, İran təhlükəsizlik qurumları Starlink siqnallarının boğulması və istifadəçilərin izlənməsi üzərində aktiv işləyir. Miaan Group təşkilatının məlumatına görə, son günlərdə “casusluq və sabotaj üçün istifadə edilən elektron avadanlıqların böyük partiyası”, o cümlədən Starlink qəbulediciləri müsadirə edilib.

    Xatırladaq ki, 28 dekabrda başlayan etirazlar iqtisadi böhran və milli valyutanın kəskin dəyər itirməsi fonunda genişlənib. 8 yanvarda İran hökuməti ölkə üzrə interneti tam söndürərək “ağ siyahılar” əsasında fəaliyyət göstərəcək qapalı milli internet sistemi yaratdığını açıqlayıb.

    Bundan sonra ABŞ prezidenti Donal Tramp İlon Maskdan iranlılar üçün rabitənin bərpasına kömək etməsini xahiş etdiyini bildirib. Ağ Evdə İrana qarşı daha sərt addımların, o cümlədən hava zərbələrinin də müzakirə edildiyi barədə məlumatlar yayılıb.

    Iran satellite internet access, Starlink Iran protests, Elon Musk digital support Iran, Iran internet blackout workaround

    #Starlink İran’da ücretsiz oldu #Elon Musk’tan İranlılara ücretsiz uydu interneti #İran interneti kapattı #Starlink devrede #Protestolar sürerken Starlink adımı #Uydu interneti İran’da yayılıyor #Starlink İranda abunə haqqını ləğv etdi #İlon Maskdan İran üçün ödənişsiz peyk interneti #İran interneti kəsdi #Starlink pulsuz oldu #Starlink etirazlar fonunda İranda aktivləşdirildi #ABŞ-dan İran etirazçılarına rəqəmsal dəstək
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    17 Avqust 2026 22:41

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    17 Avqust 2026 22:31

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    17 Avqust 2026 22:20

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    17 Avqust 2026 20:51

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    ABŞ-İran anlaşması müharibənin həlli üçün hələ də əhəmiyyət daşıyır

    17 Avqust 2026 20:17

    ABŞ Tomahawk raketlərinin istehsalını artırmaq üçün 22,9 milyard dollarlıq müqavilə bağladı

    17 Avqust 2026 20:07

    İran ABŞ-la İnqilab Keşikçiləri arasında danışıqlar aparıldığını inkar edib

    17 Avqust 2026 18:57

    60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

    17 Avqust 2026 18:53

    ABŞ Yaxın Şərqdəki silah ehtiyatının yalnız cüzi hissəsindən istifadə edib - Tramp

    17 Avqust 2026 18:37

    İranda 18 yaşlı gəncin edamı beynəlxalq etiraz doğurub

    3 Aprel 2026 05:40

    İran "Starlink" və peyk internetini sıradan çıxarmaq üçün yeni metodlar tətbiq edir - Access Now

    1 Aprel 2026 06:27
    XƏBƏR LENTİ

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.