Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi müzakirələri aparıb

    14 İyun 2024 16:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi müzakirələri aparıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    İyunun 14-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Müdafiə Sənayesi Nazirliyindən VOA-ə verilən məlumata görə, qonaqları salamlayan V.Mustafayev nazir B.Qaşiçi yeni təyinatı münasibətilə təbrik edərək dost və tərəfdaş ölkənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu ifadə edib.

    Görüş zamanı V.Mustafayev ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayaraq bir çox istiqamətlərdə olduğu kimi, müdafiə sənayesi sahəsində də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib və yeni texnologiyaların transferinin, birgə istehsal sahələrində əməkdaşlığın uğurla həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

    Nazir Serbiya Respublikasınının nümayəndə heyətini 24-26 sentyabr 2024-cü il tarixlərində keçiriləcək "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

    V.Mustafayev ikitərəfli münasibətlərin inkişafı üçün Serbiya Respublikasının Azərbaycanda fəaliyyət göstərən hərbi attaşelik aparatının yaradılmasını yüksək qiymətləndirib.

    Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən B.Qaşiç səmimi qəbula görə azərbaycanlı həmkarına minnətdarlığını bildirib. O, bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə layihələrin, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs edib.

    Görüş zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar səfərlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.

    Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi müzakirələri aparıb
    Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi müzakirələri aparıb
    Azərbaycan və Serbiya əməkdaşlığın genişləndirilməsi müzakirələri aparıb
    #Serbiya #Vüqar Mustafayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Vuçiç Ratko Mladiçin ölümü ilə bağlı Haaqa məhkəməsini tənqid edib

    28 Avqust 2026 19:14

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

    28 İyul 2026 18:44

    Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcəyini açıqlayıb

    27 İyun 2026 21:27

    Serbiyada minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib

    20 İyun 2026 22:40

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Azərbaycan–Serbiya enerji əməkdaşlığı genişlənir

    8 Aprel 2026 15:03

    Prezident İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb – Vuçiç

    18 Mart 2026 20:00

    Ali Tsokayev Avropa çempionatında qızıl medal qazanıb

    11 Mart 2026 23:14

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    5 Fevral 2026 10:24
    XƏBƏR LENTİ

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.