#Vüqar Mustafayev

Oktyabrın 22-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.