Bakı, AzerVoice:
Rusiyanın Ukraynanın liman şəhəri Odessada dənizkənarı parkda yerləşən təlim mərkəzinə raket zərbəsi endirməsi nəticəsində beş nəfər ölüb, 32 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, bu barədə regionun valisi Oleh Kiper məlumat verib.
Məlumata əsasən, yaralananlar arasında dörd yaşlı uşaq da daxil olmaqla səkkiz nəfərin vəziyyəti ağırdır.
Hadisə yerində yandğınsöndürmə işləri davam edir.