Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyədən gələn xilasedicilər Myanmada 26 yaşlı gənci xilas edib

    2 Aprel 2025 17:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədən gələn xilasedicilər Myanmada 26 yaşlı gənci xilas edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Myanmada baş verən 7,7 bal gücündə dağıdıcı zəlzələdən beş gün sonra yerli və Türkiyədən gələn xilasetmə qrupları bir nəfəri dağıntılar altından sağ çıxarıb.

    AzerVoice xəbər verir ki, paytaxt Neypidoda həyata keçirilən xilasetmə əməliyyatı 9 saatdan çox davam edib.

    Türkiyədən göndərilən xilasedicilər yerli qruplarla birlikdə Naing Lin Tun adlı şəxsin yerini müəyyən edərək endoskopik kamera vasitəsilə onun sağ olduğunu təsdiqləyiblər. Ardınca xilasedicilər onun qaldığı otelin dağıntıları altında çuxur qazaraq onu təhlükəsiz yerə çıxarıblar. Beləliklə, 26 yaşlı gənc zəlzələdən 108 saat sonra xilas edilib.

    Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artmaqdadır. MRTV dövlət televiziyasının məlumatına görə, çərşənbə günü ölənlərin sayı 2886 nəfərə çatıb, 4639 nəfər yaralanıb. Zəlzələ qonşu Taylandda da tələfatla nəticələnib, burada ən azı 22 nəfərin öldüyü bildirilir.

    Ölkədə davam edən vətəndaş müharibəsi səbəbindən yollar və körpülər ciddi ziyan görüb, bu da xilasetmə işlərinə mane olur. Junta rəhbəri Min Aunq Hlainq ölənlərin sayının 3000-dən çox artacağını proqnozlaşdırıb.

    Humanitar yardım təşkilatları fəlakətdən zərərçəkənlərə kömək üçün Myanmar ordusu ilə müxtəlif etnik silahlı qruplar arasında atəşkəsə çağırıb. Bəzi üsyançı qruplar birtərəfli atəşkəs elan etsə də, hökumət qüvvələrinin zəlzələdən zərər çəkmiş ərazilərə hücumlarını davam etdirdiyi bildirilir.

    BMT-nin Myanmada insan haqları üzrə xüsusi məruzəçisi Tom Endryus bu hərbi hücumların dərhal dayandırılmalı olduğunu bildirib: "Myanmada diqqət insanların həyatını almağa yox, onları xilas etməyə yönəlməlidir."

    Cümə günü baş verən zəlzələ Myanmada onsuz da ağır olan humanitar böhranı daha da dərinləşdirib. BMT-nin məlumatına görə, hətta fəlakətdən əvvəl də ölkədə təxminən 20 milyon insan humanitar yardıma ehtiyac duyurdu.

    #Türkiyə #zəlzələ #Myanma #Təbii Fəlakət #Zəlzələ Xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir

    Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan-Qırğızıstan münasibətlərini ən yüksək səviyyəyə qaldırdı

    Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası müvafiq mexanizmlərin hazırlanmasını tələb edir

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

    Birinci xanım Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    Özbəkistan Prezidenti “ŞƏT-2040” konsepsiyasının hazırlanmasını təklif edib

    ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.