Bakı,
AzerVoice
Rusiyanın ən böyük çip istehsalçılarından biri olan "Kremniy El"
fabriki, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə təşkil
etdiyi hücum səbəbindən istehsalını dayandırıb.
AzerVoice xəbər verir ki , hücum
Bryansk şəhərindəki fabrikə yönəlib və zavodun istehsal və anbar
obyektlərinə ciddi ziyan vurulub.
Zərər nəticəsində fabrikin fəaliyyəti müvəqqəti olaraq
dayandırılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında Rusiya ərazisinə, o cümlədən paytaxt Moskvaya 121 PUA ilə hücum həyata keçirib. Hücumların qarşısını almaq üçün tədbirlər görüldüyü qeyd edilsə də, Bryansk şəhərindəki bu strateji zavod hücumdan xilas ola bilməyib.
Qeyd edək ki, "Kremniy El" Rusiyada mikroelektronika sahəsində əsas istehsalçılardan biridir və ölkənin müdafiə sənayesi də daxil olmaqla müxtəlif sahələr üçün çiplər istehsal edir. Bu zavodun istehsalının dayanması Rusiyanın müdafiə və texnoloji sektoru üçün ciddi çətinliklər yarada bilər.