Rəy

Suriyada baş verən proseslər ciddi narahatlıq doğurur. Suriyada yeni hökumət qurulsa da, bəzən kəskinləşən mübarizə hələ də davam edir. Türkiyənin bu məsələyə reaksiyası isə diqqət mərkəzindədir. Suriyada vəziyyətin düzəlməsinə yardım etmək üçün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır.

TBMM sədri Numan Kurtulmuşun sədrliyi ilə toplanan fövqəladə iclasda nazir Hakan Fidan, İsrailin Qəzzada törətdiyi vəhşilikləri “bəşər tarixinin qaranlıq səhifəsi” kimi qiymətləndirib. Fidan, “İsrailin Fələstində, xüsusən Qəzzada ehtiyatsız hücumları davam edərsə, bu, təkcə fələstinlilərə deyil, bütün bölgəyə təsir edəcək,” – deyə bildirib. Nazir, Fələstinlilərin Qəzzadan deportasiyasını nəzərdə tutan planı qəbul etmədiklərini vurğulayaraq, “Kimin təklif etməsindən asılı olmayaraq, bu plan bizim üçün etibarsızdır,” – deyib. O, Türkiyənin İsraillə ticarəti tamamilə dayandırdığını, türk gəmilərinin İsrail limanlarına getməsinə və İsrail təyyarələrinin Türk hava məkanına daxil olmasına icazə verilmədiyini açıqlayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmalarla yanaşı, Azərbaycanla ABŞ arasında imzalanan sazişlərin bölgədə sülh üçün ümidverici mənzərə yaratdığını bildirib. Nazir qeyd edib ki, hadisələrin ilk günündən etibarən ABŞ rəsmiləri Azərbaycanla təmaslara başlayıb və bu proses Türkiyə ilə də daimi məsləhətləşmələr şəklində davam edib. Fidan bildirib ki, Zəngəzur dəhlizinin elan olunması, Azərbaycanın əvvəldən ortaya qoyduğu əsas tələblərin prinsip etibarilə qəbul edilməsi deməkdir. O, bu mərhələdə dəhlizlə bağlı konkret bir razılaşmanın olmadığını, ancaq konseptual olaraq qəbul edildiyini və bunun tərəflər arasında müzakirə olunacağını deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən fövqəladə iclasında sədrliyə Hakan Fidan rəhbərlik edib. Nazir Fidan iclasda çıxış edərək, Fələstin xalqının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini qeyd edib. O, İsrailə qarşı koordinasiyalı və güclü təzyiqin vacibliyini vurğulayaraq, Qəzzanın gələcəyə hazırlanması üçün ərəb-İslam dünyasının əlindən gələni etməli olduğunu bildirib. Fidan həmçinin İsrailin Fələstinlərə qarşı hücumlarının regionda sabitliyi pozan daha geniş bir planın bir hissəsi ola biləcəyini ifadə edərək, Netanyahu rejiminin Suriya, Livan və İrana qarşı həyata keçirdiyi qeyri-qanuni əməliyyatların Yaxın Şərqdə ciddi təhdidlər yarada biləcəyini diqqətə çatdırıb.

İsrailin “Böyük İsrail” xülyası təkcə regionu deyil, bütün dünyanı təhdid edən təhlükədir. Bunu İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçi deyib. O, İsrailə qarşı İslam ölkələrinin ortaq mövqe göstərməsinin vacibliyini vurğulayıb. Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdakı günlərdə baş tutacaq Xarici İşlər Nazirləri toplantısının İslam ölkələri üçün tarixi dönüş nöqtəsi olmasının vacibliyini qeyd edib.

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı çıxış edib. Kurtulmuş TBMM Fəxri Salonunda keçirilən “Trabzona İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edib. O, “Prosesdə terror təşkilatı ilə heç bir danışıqlar aparılmayıb, olmayacaq da. Şəhidlərimizin ruhuna zərər verəcək heç bir addım atılmayıb, olmayacaq” - deyə qeyd edib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb. Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.

Bu gün Suriya ilə Azərbaycan arasında yeni bir mərhələnin başladığını müşahidə edirik. Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasında Yaxın Şərq dövlətləri ilə əlaqələr önəmli yer tutmaqdadır. Azərbaycanın Əsəd rejiminin devrilməsindən sonra Suriya ilə əlaqələrini canlandırması da bunu bir daha sübut edir. O bildirib ki, Suriyada yeni hakimiyyətin formalaşmasından qısa bir müddət sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər etdi. Tərəflər arasında keçirilən rəsmi görüşlərdə Azərbaycan Suriyadan olduqca müsbət mesajlar aldı. Daha sonra isə Azərbaycan və Suriya prezidentlərinin lV Antalya Diplomatik Forumu çərçivəsində görüşləri oldu və bunun məntiqi ardıcıllığı kimi Suriya Prezidenti iyulun 12-də Azərbaycana səfər etdi.

BAKI, AzerVoice Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlıq bildirib. O, Ankaranın həm Rusiya, həm də Ukrayna tərəfindən müsbət qarşılandığını vurğulayıb.