Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Türkiyə beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

    4 Dekabr 2023 06:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Geosiyasi xarakteristika vacib element olduğu üçün Türkiyənin xarici siyasəti müəyyənləşdirilərkən bu amil nəzərə alınır ki, bu da Türkiyənin strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşməsi ilə bağlıdır. Düzdür, geosiyasət bütün daxili və xarici siyasət strategiyalarının müəyyənləşdirilməsində iştirak edən amil olmur, lakin ölkə öz geosiyasi vəziyyətinə əsasən siyasətini müəyyənləşdirir.

    Hər bir ölkə üçün ilk növbədə qonşuluq amili, qonşu ölkələrin xarakteri vacibdir. Türkiyənin geostrateji mövqeyinin üstün və zəif cəhətləri mövcuddur. Üstünlüklər ondan ibarətdir ki, Asiya, Afrika və Avropanın kəsişməsində yerləşən, Aralıq, Qara və Egey dənizləri ilə əhatə olunan, Bosfor və Dardanel boğazlarına sahib olan Türkiyə, strateji cəhətdən əlverişli mövqeyə malikdir. O, təbii resurslarla zəngin olan Yaxın Şərq və bu resurslara ehtiyacı olan Avropa arasında yerləşir və bu resursların Avropaya nəqlində tranzit cəhətdən mühüm əhəmiyyət kəsb edir. Hər bir enerji-nəqliyyat layihələri onun rolunu daha da artırır. Mənfi cəhətlər isə ondan ibarətdir ki, Türkiyəni terrorizm, mütəşəkkil cinayətkarlıq, miqrasiya məkanına çevirmək istəyən qüvvələr var.

    Türkiyənin əlverişli geostrateji mövqeyi onun dünya enerji siyasətində mövqeyinə də təsir göstərir. Belə ki, o, təbii ehtiyatlarla zəngin olan bölgələrdən enerjinin qərbə nəqlində əsas tranzit ölkələrdən biridir. Strateji nöqteyi-nəzərdən Türkiyəyə müxtəlif adlar verilmişdir - pikdə dayanan, həyati, mərkəzi. Türkiyənin geostrateji əhəmiyyəti bir çox faktorlarla əlaqəlidir:
    O, Qara dəniz regionunu stabilləşdirir, boğazlara nəzarət edir, NATO-nun cənub dayağı rolunu oynayır, bütün cənub-şərqi ərazidə Rusiyanı balanslaşdırır, o, regionda yeni müstəqillik qazanmış ölkələr üçün model rolunu oynayır və onların dünya birliyinə inteqrasiyasına kömək edir, Xəzər hövzəsi və Mərkəzi Asiya ilə Qərb dünyasının enerji əlaqələrinin qurulmasında vacib rol oynayır, Balkan və Yaxın Şərq məsələlərində həyati əhəmiyyət kəsb edən ölkə rolunu oynayır.

    Türkiyənin Osmanlı imperiyası kimi tarixi bir mirasa sahib olması, onun Soyuq müharibədən sonra Balkanlarda, Qafqazda aktiv xarici siyasət yürütməsinə yol açıb. Türkiyənin gənc və artan əhaliyə malik olması da onun mühüm güc faktorlarından biridir. Ölkənin tarix, əhali, mədəniyyət, coğrafiya kimi sabit imkanları ilə yanaşı, iqtisadi, texnoloji və hərbi bacarıqları kimi potensial imkanları da var. Bu imkanlardan xarici siyasətdə səmərəli istifadə, dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına səbəb olur.

    Ölkənin nüfuzunun artmasına səbəb olan əsas amillərdən biri də texnoloji inkişafdır. Bir ölkənin sabit (tarixi, coğrafi, demoqrafik və mədəni) və dəyişkən (texnoloji, iqtisadi, hərbi imkanlar) ünsürləri, onun çox üstünlük qazanmağa imkan versə də, siyasi iradə, strateji zehniyyət və strateji planlamanın yüksək səviyyədə olmaması onların daha irəli getməsinə mane olar. İnsan faktoru, ümumiyyətlə, dövlətin roluna təsir edən mühüm cəhətlərdən biridir. Belə ki, biz tarix və coğrafiyamızı dəyişdirə bilmərik. Amma keyfiyyətli insan faktoru bu ünsürlərdən yaxşı istifadə edib dövlətin gücünü artırar. Keyfiyyətsiz insan faktoru isə əksinə, həmin gücü zəiflədər. Həmçinin, iqtisadi, hərbi və texnoloji inkişaf da insan amilindən asılıdır.

    Türkiyənin xarici siyasi məqsədlərinə gəldikdə isə bir neçə faktor qeyd edə bilərik:
    1. təhlükəsizliyə mane olmadan mülki azadlıqları gücləndirmək; 2. qonşularla sıfır problem siyasəti yürütmək; 3. qonşu regionlarla əlaqələri inkişaf etdirmək; 4. çoxvektorlu siyasətə sadiq qalmaq; 5. ritmik siyasət icra etmək (yəni dünyanın istənilən yerində problem olsa, Türkiyə də həmin məsələ ilə bağlı öz sözünü demək iqtidarına malik olmalıdır). Bütövlükdə, Türkiyə mərkəzi dövlətdən qlobal gücə çevrilməlidir.

    Türkiyə xarici siyasətinin əsas prinsiplərindən biri Qərbə oriyentasiyasıdır. M.K.Atatürk Türkiyə Cümhuriyyətini yaradarkən qərb dəyərlərini, qərb strukturlarına inteqrasiyasını, bir sözlə, qərbləşməni vacib elementlərdən biri hesab edib. İkinci element tarixin roludur. Üçüncü element isə təhlükəsizlik və təhlükəsizlik yönümlü xarici siyasətin olmasıdır.

    Strateji cəhətdən əlverişli mövqedə yerləşən Türkiyə bir sıra mühüm məsələlərdə ABŞ üçün əhəmiyyət kəsb edir. Yaxın Şərqdə təhlükəsizlik, Suriya, İran, ərəb-müsəlman dünyasında təsir, Mərkəzi Asiya və Cənubi Qafqazda təsir, Mərkəzi Asiyada Rusiya və Çinin güclərinin balanslaşdırılması kimi məsələlərdə ABŞ-ın Türkiyəyə ehtiyacı var. Bu gün Türkiyə Qafqaz, Balkan, Yaxın Şərqdə aktiv siyasət yürüdür. Türkiyə apardığı siyasətə əsasən müxtəlif adlar qazanıb: “tarixi böyük qardaş”, “regionun lideri”, “müsəlman azlıqların müdafiəçisi”.

    Tarixi böyük qardaş roluna baxsaq, bunu onun Qafqaz, Yaxın Şərq və Balkan regionundakı mövqeyi ilə nəzərdən keçirmək olar. Türkiyənin bu regionlarda artan nüfuzunu “yeni osmançılıq” adlandırırlar və belə hesab edirlər ki, Türkiyə tarixi Osmanlı imperiyasının keçmişinə qayıtmaq istəyir. Regionun təbii lideri müsəlman azlıqların müdafiəçisi rolunu Türkiyənin müsəlman ölkələrinə və sünni qruplarına yardımı ilə əlaqələndirirlər.

    Qeyd edək ki, 1990-cı illərdə Türkiyədə xarici borcların artması, büdcə kəsiri, yüksək inflyasiya nəticəsində iqtisadiyyat daxili və xarici təsirlərə qarşı çox zəif idi. 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə siyasət, iqtisadiyyat və digər sahələrdə islahatlar aparılmaqla “Yeni Türkiyə” konsepsiyasına uyğun siyasət yürüdülür.

    2001-ci il dünya iqtisadi böhranından sonra dünya bazarlarından inkişaf edən ölkələrə kapital artmağa başlayır. Türkiyə də belə ölkələrdən biri idi. Nəticədə, məhsul və xidmətlərin ixracı artmaqla bərabər, sağlam daxili tələb mühiti də formalaşır və Türkiyənin iqtisadiyyatı sürətlə güclənməyə başlayır. Nəticədə, Türkiyə 2011-ci ildə Çindən sonra (9,2%-lik artım) 8,5%-lik illik artımla dünya iqtisadiyyatının sürətlə inkişaf edən ikinci ölkəsi olub.

    XXI əsrin əvvəllərində neftin qiymətinin qalxması ilə dövlətlər neftlə zəngin olan bölgələr uğrunda mübarizə başlayır. Türkiyə Yaxın Şərq, Rusiya, Xəzər hövzəsi ölkələri ilə həmsərhəd olmaqla dünya neft və təbii qaz ehtiyatlarının 70%-nin cəmləşdiyi bölgəyə qonşu olmaqla mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Türkiyə beynəlxalq su yollarının üzərində yerləşir. Hər iki faktor onun dünya enerji ehtiyatlarının nəqlində vacib rol oynamasına müsbət təsir göstərir.

    Türkiyənin inkişafında əsas faktorlardan biri iqtisadi irəliləyiş olub. Türkiyə milli iqtisadiyyatı Avropada 6-cı yerdə dayanır. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edir. AK Partinin hakimiyyətə gəlməsi ilə iqtisadi, siyasi və sosial sferalarda (söz azadlığı, mətbuat azadlığının inkişafı, ölüm cəzasının ləğvi, milli təhlükəsizlik şurasında islahatlar, hərbi sferanın hakimiyyətinin məhdudlaşdırılması, Aİ standartlarına uyğun olaraq mülki və cinayət hüququnun təkmilləşdirilməsi və s.) çoxsaylı islahatlar həyata keçirilib.

    Bildiyimiz kimi, ərazi, əhali, iqtisadi, hərbi potensial güc göstəricilərdir. Türkiyənin əlverişli geostrateji mövqedə yerləşməsi, cavan və artan əhaliyə malik olması, iqtisadi və hərbi gücünün artması onu beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirir.
    Bu gün Türkiyə beynəlxalq aləmdə baş verən proseslərə aktiv şəkildə təsir edir və bu rolu dəyərləndirməmək olmaz.

    Aytac Süleymanova

    Twitter: a_alieva_

    #Aytac Süleymanova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın balanslı siyasəti Yaxın Şərqdə sabitlik nümunəsi kimi qiymətləndirilir

    12 May 2026 22:31

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    İranın siyasi labirinti: Qalibafın "İstefası" və güc mərkəzlərinin mübarizəsi

    25 Aprel 2026 19:34

    İranda hakimiyyət daxilində qarşıdurma dərinləşir, əsas güc Xamenei ailəsinin əlindədir - Rufiz Hafizoğlu

    21 Aprel 2026 13:14

    İranın ABŞ-ın regiondan çıxması tələbi tamamilə qeyri-realdır - Rufiz Hafizoğlu

    20 Aprel 2026 21:01

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    Papaq sadəcə bir geyim deyil - bu, kimliyin özüdür

    7 Aprel 2026 10:30

    Türkiyə və Azərbaycan media sahəsində qardaşlıq və ittifaqı inkişaf etdirəcəyik - Cihangir İşbilir

    28 Mart 2026 11:45

    Yaxın Şərqin açar aktoru: Türkiyə

    21 Noyabr 2023 11:04

    Feminizm gender bərabərliyi deyil

    2 Avqust 2023 13:04

    Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi

    8 Mart 2023 17:05

    Dilin saflığının qorunmasında medianın rolu

    20 Fevral 2023 12:57
    XƏBƏR LENTİ

    Hizbullah Cənubi Livanda İsrail qüvvələrinə zərbələr endirdiyini bildirir

    Memorandum çərçivəsində həll olunmamış hansı məsələlər var?

    İranın bəzi dondurulmuş vəsaitləri ABŞ ilə razılaşmadan sonra dərhal buraxılacaq

    İran media: ABŞ ilə razılaşma İsraili Livandakı müharibəni sona çatdırmağa məcbur etməlidir

    İran Hörmüz boğazının nəzarətini ABŞ-a təslim etməyəcək

    Benyamin Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

    Səudiyyə Ərəbistanı və Qazaxıstan mədənçilik sahəsində əməkdaşlığı genişləndirir

    İraqda silahlı qruplar tərksilah olunur?

    Bernardo Silvanın yeni klubu bəlli oldu

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.